Sarkisyanın Paris səfərinin SİRRİ

Sarkisyanın Paris səfərinin SİRRİ: Ermənistanda döyüş hazırlığı və DƏHŞƏTLİ SƏKKİZ GÜN

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb.

Bu açıqlamanın verildiyi gün Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər getdi. Sarkisyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın Fransa səfəri təsadüfi deyil.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistanın birinci şəxslərinin Moskvadan asılı olmasına baxmayaraq, Parisdə “xaç suyuna salındıqları”nı yazıb: “Levon Ter-Petrosyan da, Robert Koçaryan da, Serj Sarkisyanın özü də bunu edib. Sarkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Parisin dəstəyini almaq gedişinə hesablanıb”.

Lakin erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib.
Sarkisyan səlahiyyətlərini 9 apreldə təhvil verəcək, baş nazir seçkiləri isə həmin ayın 17-də keçiriləcək. Arada qalan 8 gün anarxiya günləri olacaq. Doğrudur, parlament əvəlcə prezidenti seçəcək, həmçinin, müvəqqəti baş nazir və spiker vəzifələrini icra edəcəklər, yəni de-yure vəzifələr boşalmayacaq, lakin de-fakto hər şey havadan asılı olacaq. Sarkisyan 9 apreldən sonrakı 8 gün ərzində yalnız Respublika Partiyasının və Şahmat Federasiyasının rəhbəri postunda qalacaq. Lakin onun üçün bu 8 gün dəhşətli dövr olacaq , - deyə o bildirib.
A.Qaqriyan bildirib ki, baş nazir olmağa hazırlaşan Sarkisyan bütün komandasını döyüş hazırlığına gətirib: “Çünki 9 apreldən 17 aprelə qədərki günlər ən təhlükəli dövrdür və çevriliş kabusu Sarkisyanın başının üzərini kəsdirib”.






Fikirlər