AzerTaym.az Qaynar.info-a istinadən görkəmli alim, mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun Azərbaycanın çar və sovet Rusiyasının həyatında oynadığı önəmli rola dair ilginc faktlarla dolu araşdırmasını təqdim edir:
Rusiyalı elm adamlarının, mühəndislərin, müxtəlif sahələr üzrə mütəxəssislərin və digərlərinin Azərbaycan sənayesinin, ilk növbədə, neft sənayesinin yaranmasında müstəsna xidmətləri haqqında, aralarında azərbaycanlı müəlliflərin də oldugu çoxlu sayda məqalə və kitablar var. Bu həqiqətdir - onların genişmiqyaslı töhfələrini qiymətləndirməmək olmaz.
Bununla yanaşı, çar və sovet Rusiyasının sənayeləşməsində Azərbaycanın verdiyi töhfələrdən danışmaq yüz illər boyunca arzuedilməz və yolverilməz sayılıb. Sovetlər dövründə bu cür yanaşma elə o illərdə hakim kommunist ideologiyasını əks etdirirdi, ancaq post-Sovet Rusiyası dövründə belə, bu məsələdə onların dogru-düzgün mövqeyi görünmür. Belə bir vaxtda Jirinovski, Kasparov və s. kimi xadimlər siyasi səhnədə yer almış oldular. Jirinovski keçmiş İttifaq ölkələrini mümkün qədər daha çox təhqir etməyi qarşısına məqsəd qoymuşdusa, “siyasi yelqovan” Kasparov isə birbaşa vətəni Azərbaycanı hədəfə almışdı.
Təəssüf hissiylə qeyd etmək lazımdır ki, bu cənablar öz çirkin əməllərində heç də tək deyillər! Əlbəttə, onların “yaradıcılıgının” müxtəlif trendlərin real faktlarına söykənmiş elmi əsasları yoxdur, ancaq onlar öz çirkin əməllərini sistemli olaraq uzun bir müddət üçün hesablayıb həyata keçirirlər: Jirinovski - Rusiyada, Kasparov - dünya üzrə, hansı ki, bütün bunlar heç də nəticəsiz qalmır.
Bu yazıda müəllif saysız-hesabsız faktlar əsasında Rusiya sənayesinin inkişafına Azərbaycanın verdiyi töhfələrin hərtərəfli modelini qurmaga çalışıb. Araşdırmanı iki hissəyə bölmək olar : 1) XX əsrin əvvəllərindən başlayaraq 1917-ci ilin oktyabr çevrilişinə qədərki dövr; 2) 1917-ci ildən başlayaraq SSRİ-nin süqutuna qədərki dövr. İlkin mərhələdə 1917-ci il inqilabına qədərki suallara baxılıb. Müəllif bilərəkdən yıgcam danışıb, çünki bacardıqca daha çox fakta söykənən materiallara üstünlük vermək istəyib - bu gün dünya daha çox faktlara üstünlük verir.
XX əsrin əvvəllərində Rusiyada - keçmiş SSRİ sərhədlərində - 15 mln.tona yaxın kömür hasil edilirdi, neft - 19 mln.tona yaxın, qaz isə ümumiyyətlə hasil olunmurdu. Enerji istehlakının əsas hissəsini odun təşkil edirdi, hansı ki, ölkənin yanacaq balansı üzrə payı 60%-ə çatmışdı, elektrik stansiyasının gücü 0,2 mln. kVt təşkil edirdi. O ki, qaldı müasir sərhədlərdəki Rusiyaya, vəziyyət daha da sadədir : neft hasilatı - 1,5 mln. t, kömür isə - ildə 1 mln. tona qədər.
Rusiya enerji sərvətlərinin istehlakına görə digər kapitalist ölkələrindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Demək olar ki, yanacagın yarısı (1916-cı ildə-48%) əhalinin istilik təmina və yemək bişirməsinə, dörddən biri (1916-cı ildə-28%) sənaye sərfiyyatına (ABŞ-ın 75%-nə qarşı) və bir o qədər də (1916-cı ildə-24%)-nəqliyyata (dəmir yolları və donanma) sərf olunurdu. Bununla belə, digər xarici dövlətlərlə müqayisədə Rusiyada adambaşına yanacaq sərfiyyatı 4-7 dəfə aşagıydı.
İndi özünüz fikirləşin, görün Bakı nefti Rusiya üçün nə demək idi!
Bu rəqəmlərdən görünür ki, Bakı Rusiyanın iqtisadiyyatı və həyat fəaliyyəti üçün necə böyük əhəmiyyət kəsb edib. Bunu sovet mətbuatı heç vaxt xatırlamadı, müasir demokratik Rusiya da bu barədə susqunluq nümayiş etdirir.
XX əsrdə Rusiyada yanacaq - enerji kompleksinin tərəqqisi:
Göstəricilər
|
1913-cü il
|
1935-ci il*
|
Neft hasilatı, mln.t
|
9.2
|
25.2
|
Qaz hasilatı,mlrd. м3
|
–
|
–
|
Kömür hasilatı, mln.t
|
29.1
|
109.4
|
Elektrik enerjisi istehsalı, mlrd. kVt/saat
|
1.3
|
26.3
|
*SSRİ üzrə
1913-cü ildə Rusiya sənayesi
Mənbə: Böyük Sovet Ensiklopediyası
Əgər hər iki şəkli müqayisə etsək, onda birinci şəkillə ikinci şəkil arasındakı korrelyasiyanı aydın görə bilərik - Rusiyanın bir çox enerji mərkəzlərinə azərbaycanın neft məhsulları daxil olurdu!
Böyük dünya dövlətlərilə Rusiya sənayesinin inkişaf tempinin müqayisəsi
Bu gün Rusiya sənayesinin bu cür inkişafı barədə yalnız arzulamaq olar! REA-nın (RAEN) akademiki V.Lavrov yazır : “Birinci dünya müharibəsindən öncə sənayenin inkişaf tempinə görə ABŞ, Böyük Britaniya, Almaniya Fransanı qabaqlayaraq birinci yerə çıxdıq. Dünyada bu mühüm ugurları “rus möcüzəsi” adlandırırdılar... Buğdanı isə ABŞ, Kanada və Argentinanın bir yerdə cəmindən çox istehsal edirdik!”
Azərbaycan nefti və onu müşayiət edən Azərbaycan energetikası o illərin Rusiya iqtisadiyyatını əks etdirən bu mənzərəyə böyük töhfələr vermişdir!
Aşagıda verilmiş nadir qrafiklər, hansılar ki, Sovet dövründə dərc olunmamışdır, o dövr Rusiya iqtisadiyyatında və bütün Rusiyanın enerji təchizatında Bakının rolunu göstərir.
1913-cü ildə Rusiyanın iqtisadi inkişafı dövründə
Bakı neftinin Rusiyanın enerjidaşıyıcılarında xüsusi çəkisi
Azərbaycan nefti Rusiya sənayesini hərəkətə gətirən iqtisadi və enerji gücünə çevrilmişdir.
1910-cu ildə İtaliyada hər 100 km-ə 5.9 km dəmiryolu mövcud idi, Macarıstanda – 6.6 km, Fransada 9.1 km, Almaniyada 11.2 km, Böyük Britaniyada 11.9 km. Rusiyanın Avropa hissəsində bu göstərici 1 km-ə bərabər idi. Buradan Rusiyanın iqtisadi həyatı üçün dəmir yollarının nə dərəcədə əhəmiyyət daşıdığı açıq-aşkar görünür. Dəmir yollarında ortaya çıxan istənilən problem Rusiyanın bütün iqtisadiyyatına mənfi təsir göstərirdi, – dinamizm bir neçə dəfə aşağı düşürdü!
Təbii ki, Bakı nefti tək Rusiyanın yox, qonşu ölkələrin də (Gürcüstan, Ermənistan) iqtisadiyyatına böyük təsir göstərmişdir. Azərbaycan nefti hesabına zənginləşən ermənilər Yerevanın inkişafına kifayət qədər vəsait xərcləyirdilər. Mantaşev neft pullarının hesabına Parisdə erməni kilsəsini inşa etdirdi. “Kilsəni nədən Parisdə inşa etdin” sualına Mantaşev belə cavab verdi: “Çünki Paris mənim ən çox günaha batdığım şəhərdir”.
“Mənə söyləyin, Batumi kimi ikinci gözəl şəhərə harada rastlaya bilərsiniz?” – bu sözlər isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə aiddir. Bəli, həqiqətən də Batumi gözəl və müasir şəhərdir. Ancaq nə Gürcüstanın eks-prezidenti, nə də digər başbilənləri heç xatırlamaq istəmir ki, Batumini Batumi edən məhz Azərbaycan nefti olmuşdur. Heç də təsadüfi deyil ki, keçən əsrin əvvəllərində Batumini “neft şəhəri” adlandırırdılar.
Batuminin inkişafı Bakı nefti ilə sıx bağlı idi. O dövrlərdə Batumini neft şəhəri adlandırırdılar
"Erməni milyonçularından biri olan Mantaşev Bakı neftindən çox böyük pul qazanması və fəhlələri üçün həbsxanaları xatırladan barak tikməsiylə məşhurlaşmışdı. Neft fəvvarələrindən Mantaşev hər il 50 milyon pud neft çıxarırdı".
V. Pikul Mantaşevi bг cür xarakterizə edir: "Atın üstündə oturaraq, o, xırda hasilatçıların nefti Mantaşevləruı quyusuna necə doldurmasına şəxsən nəzaıət edirdı. Və dərhal boşaldılmış vedrələrin sayını qəpiklərə çevirərək elə atın üstündə ikən əsl igid kimi fəhlələrin pulunu ödəyrdi: "Сколько заработал, столько палучи, дарагой…"
Azərbaycanda Sovet hakımiyyətinin qurulmasından və neft sənayesinin milliləşdirilməsindən sonra, Mantaşev özünü layiqli milyonçu kimi yox. adı aferist kimi aparmağa başladı. O Fransaya gedərək orada artıq milliləşdirililmiş Bakı neft şirkətlərinin səhmlərini satmağa cəhd göstərmişdi.
Siyası baxımdan ən mənəviyyatsız şəxs isə öz milyonlarını Bakı neftindən qazanan Stepan Lianozov idi. O, Bakıda zənginləşməsinə baxmayaraq, burada heç nə tikmədi, daş üstünə daş qoymadı. Hətta məlumdur ki, o, gizli şəkildə rus hərbi və daşnak dəstələrinə maddi yardımı göstərirdi.
S. Lianozov bəlkə də hər kəsə xidmət edirdi - ağlara, qırmızılara, bolşeviklərə, eserlərə, daşnaklara. Maraqlısı da budur ki, adı çəkılən siyasi qüvvələr bəzən bir-birləri ılə alyanslar yaradıb (məsələn, daşnaklar və bolşeviklər) digərləri ilə çox səıt və bəzən qəddarcasına mübarizə aparırdılar. 1919-cu ildə Lianozov Estoniyada Yudeniçin Şimali-qərb əks-inqilabi hökumətinə başçılıq edirdi. Aleksandr Potapov yazırdı: "Stepan Lianozov Rusiyadan dəyərli və qədim bədii əsərləri kontrabanda yolu ilə Fransaya ötüımək məqsədilə gizli kanal təşkil etmişdi (Bu üsula öz vaxtında başqa bir erməni, - Mikoyan da əl atmışdı. O, Gülbekyan Fondu vasitəsilə Ermitajın sərvətinı talan etdi)".
Qayıdaq Lianozova. O, bolşevıklərlə əlbir olub, Xəzərin qara kürüsünü İranın Ənzəlı limanına göndərirdi. Bu Lianozov ərəbistanlı Lourensi xatırlatmırmı?!
Pavel, Abram və Arşaq Qukasovlar qardaşları da Bakı neft sənayesinin sahibkarları idi. 1902-ci ildə Qukasov qardaşları Mantaşevlə birgə Bakı neftindən qazandıqlan vəsait hesabına Böyük Bıitaniyada "Houmlayt oil Ko" şirkətini qurdular.
Fəhlələrin tətıllərinə qarşı bu qardaşlar çox sərt mövqe tutmuşdular - 1905-1906-cı illərdə onlar tətillərin silah giicünə yatızdırılmasında bilavasitə iştirak edirdilər. 1917-ci ildən sonra isə Qukasov qardaşları xaricə qaçdı.
Bunu da qeyd etmək yerinə düşər ki, Fransada erməni diasporunun formalaşmasında Azərbaycan neftindən əldə olunmuş vəsaitlərin mühüm rolu oynamışdı. Hansı ki, 1915-ci ildəki ”soyqırımı” zamanı Türkiyədən qaçıb Fransaya sıgınanları müzakirə etmək üçün sinov gedən erməni dairələrində bu barədə xatırlamagı əsla sevmirlər!
Vikipediyadan sitat: “Qərbə axın edən erməni qaçqınlarına 1917-ci il inqilabı zamanı Rusiyadan qaçan çoxlu sayda ermənilər də qoşuldular. Miqrasiya məsələsi, didərgin statusu və işsizlik çətinliklərinə baxmayaraq Fransada məskunlaşmış ermənilər qaynar yaşamaga davam edirdilər. Oktyabr inqilabından sonra Rusiyadan qaçmış iri rus bankirlərinin və neft istehsalçılarının vəsaiti hesabına diaspor çiçəklənməyə başladı. Pavel Qukasov 1925-ci ildən “Dirçəliş” qəzetinin, sonradan isə eyni adlı jurnalın nəşrini maliyyələşdirdi, “Qukasyan Qardaşları Fondu”nu yaratdı. Aleksandr Mantaşev və Stepan Lianozov da o vaxt görkəmli mesenatlardan sayılırdılar.
1925-ci ildə Şavarş Misakyan Parisdə sonralar Avropanın “qocaman” qəzeti hesab olunacaq ermənidilli “Araç” qəzetini yaratdı”.
Bir sözlə, iri erməni bankirləri və neft istehsalçıları Bakı neftinin sayəsində özlərinə kapital toplamışdılar.
Nobel qardaşlarına məxsus Bakı neft və neft məhsulları ilə dolu anbarlar isə demək olar ki, bütün Rusiya ərazisini bürümüşdü.
“Nobel ortaqlığına” məxsus neft məhsulları anbarları
Bu neft məhsullarının 90 %-i Bakıda emal olunmuşdur
Kommunistlər haqlı idi – keçmiş dövrlərdə Bakının neft quyularını yırtıcı kimi istismar edirdilər. Ancaq, açıq desək, kommunistlərin dövründə də vəziyyət dəyişməz qaldı.
Deməyə əsasmıız var ki, Azərbaycanın püskürdülən neft quyularını yırtıcı kimi istismar edirdilər, - neftin seçiminə heç bir məhdudiyyət qoyulmurdu, halbuki amerikalı neftçilərin üsulundan istifadə edərək texnikı cəhətdən nəzarətı həyata keçirmək mümkün idi. Təbii ki, quyuların bu cür amansızcasına istismarı torpaq qatının tükənməsinə, tez-tez yanğınların və qəzaların baş verməsinə gətirib çıxarırdı. Neft qatları müxtəlif sahələrə bölünmüşdür, hər sahənin isə sahibi var idi, hamısı da, özlərinə məxsus olan quyulardan daha çox neft çıxarmağa çalışırdı. Beləliklə isə, neft qatının vahid dinamik sistemi dağılırdı. Bır müddət sonra püskürən qatların təzyıqinin səviyyəsi doyma təzyiqindən aşağı düşür və geriyə dönüşü olmayan proseslər başlayırdı.
Püskürən quyuların azalma dinamikası
Bir quyunun payına düşən ortaaylıq neft hasilatı
Təbii ki, püskürən quyuların azalması neft hasilatının itkisinə gətirib çıxarırdı. Ən maraqlısı odur ki, Azərbaycanın yeraltısında buna bənzər vəziyyət İkinci Dünya müharibəsi zamanı da təkrarlandı.
Bəzən püskürən quyularda neft istismarı neft seçiminin mümkün qədər maksimal səviyyəsində şüursuz həyata keçirilirdi. Bu cür istismar açıq püskürımələrlə, yanğınlarla, neft göllrinin əmələ gəlməsi ilə müşahidə olunurdu. İstismar rejimi pozulduqda, çox miqdarda qum püskürməsi baş verirdi, bu proses isə öz növbəsində ştuserləri sıradan çıxarırdı. Bəzi quyular isə ümumiyyətlə ştusersiz, korpus vasitəsilə ıstısmar olunurdu. O uzaq illərdə hasil edilən neft təbii yarğanlara daşınıb, yığılırdı. Neft mədənlərinin dağıdılması biitün istiqamətlər üzrə həyata keçirilirdi, dünya praktikasında ilk dəfə neftin yüngül fraksiyasını çıxardıqdan sonra, nefti yenə qata doldururdular.
N. Baybakovun xatirələrindən: "Qeyd etdiyimiz kimi, bütün tutumlu qablar neftlə doldurulmuşdur. Nefti yığmağa yerimiz yoxdur! Ordunun isə yanacağa ehtiyacı var, özü də çox ehtiyacı var. Bəs, onda çıxarılmasına bu qədər vəsait xərclənən və insan əməyı sərf edilən artıq qalan bu dəyərli xammalı nə edək? Vəziyyət paradoksal idi - bir tərəfdən cəbhədə neftə böyük ehtiyac var, digər tərəfdən isə onu yığmağa yerimiz yoxdu... Və bu vəziyyətdə inanılmaz, amma çox məntiqli bır təklif irəli sürüldü: hasil olmayan neft borular vasitəsilə Qara şəhərdəki neftçəkmə zavodlarına ötürülsün. Orada isə onların üzündə olan benzin çıxarılsın və neft yenidən qatlara vurulsun”.
Dünya praktikasına bu cür neft istismarı bəlli deyil!
O dövr üçün böyük həcmli sayılan bu qədər neft əldə etmək üçün çoxlu enerji lazım idi ki, o da Bakıda var idi.
1913-cü ildə Rusiyada elektrik stansiyalarının ümumi gücünə görə Bakı Moskva və Peterburqdan sonra 3-cü yerdə gəlirdi
Bu cür genişmiqyaslı neft hasilatı və elektrik enerjisi istehsalına Rusiyanın digər şəhərləri yaxın düşə bilmirdilər. Təsdiq etmək olar ki, o illərdə Bakı Rusiyanın enerji paytaxtı olub!
Növbəti illərdə Bakı stansiyalarının müəyyən edilmiş gücü artırılaraq 1915-ci ildə 46 meqavata çatdırıldı (MVt).
16 yanvar 1916-cı ildə neft sənayesi və digər istehsalçıların sabit elektrik enerjisilə təmin olunması məqsədilə Bakıda iki elektrik stansiyasının 20 kilo-voltluq Elektrik Ötürücü Xətlərinə birləşdirilməsi həyata keçirildi. Bu tarixdən etibarən Azərbaycanda iki elektrik stansiyası və EÖX enerji sisteminin elementləri kimi fəaliyyətə başladılar. Həmin tarixi ölkəmizin enerji sisteminin yaranış günü kimi də qeyd etmək olar.
Birinci Dünya Müharibəsi ərəfəsində “Elektrosila” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü 45,7 min kVt təşkil edirdi, Ağ Şəhərdə nəhəng stansiyanın gücü 34,4 min kVt-a bərabər idi. Elektik stansiyalarının genişləndirilməsi tədbirlərinə müvafiq olaraq elektrik ötürücülər şəbəkəsi də inkişaf edirdi.
1920-ci ilə qədər Bakıda 65% nefti elektrik mühərriklərinin köməyilə hasil edirdilər. Bu da elektrik enerjisi sektorunun Azərbaycan iqtisadiyyatı və neft sənayesində nə qədər mühüm əhəmiyyətə malik oldugunu göstərir.
Bakının enerji imkanları Bakı neftinin genişmiqyaslı emalına və Bakı neft məhsullarının dünya bazarlarına çıxarılmasına şərait yaradırdı.
Aşağıdakı cədvəllərdən də göründüyü kimi: 1913-cü ildə Rusiya dəniz limanlarının yük dövriyyəsi (inqilabdan öncəki sərhədlərdə) 41 min. ton təşkil edirdi - bunlardan kiçik kabotaj -11.8 min. ton, böyük kabotaj 0.6 min. ton, ixrac - 19,3 min. ton, idxal - 9.3 min. ton.
1913-cü ildə Rusiya dəniz limanlarının yük dövriyyəsi
Bununla belə, qeyd etmək lazımdır ki, Xəzər dənizində üzən yüklərin 80 %-nin ünvanı Bakı idi. Yük dövriyyəsi üzrə Sankt-Peterburq Rusiyanın ən böyük limanı idi. Ancaq illər ötdükcə vəziyyət Bakının xeyrinə dəyişdi və 1923-cü ildə ortaya belə bir mənzərə çıxdı:
1923-cü ildə Rusiya dəniz limanlarının yük dövriyyəsi
Beləliklə, 1923-cü üdə yük dövriyyəsi üzrə iıderlik Azərbaycana keçdi.
Rusiyanın istər kapitallaşma, istərsə də sovetləşmə dövründə Azərbaycan böyük rola malik olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, SSRİ dağılandan sonra da, Azərbaycan Qərb şirkətləri ılə nıeft müqavilələri imzalayaraq və Bakı-Ceyhan neft kəmərini inşa edərək, dünyanın kapitalist sisteminə uğurla daxil olan ilk Cənubi Qafqaz ölkəsinə çevrildi.
Bakının neft və neft məhsullarının ixracatı isə buna böyük ehtiyacı olan Rusiyaya xarici valyuta gətirirdi.
Neft məhsullarının ixracı – 1879-1903-cü illər
Yazılanlara əlavə etmək lazımdır ki, Azərbaycanın kerosini və sürtgü yağları əla keyfiyyətli neftdən emal olunduğu üçün Amerika yağlarından 20-30 % baha idi.
Bakı kerosin zavodunun gəlirliliyi fantastik həddə çatmışdır – onun ən aparıcı texnologiyalarla qurulmasına 20 mln. rubl xərclənmişdir ki, bu məbləğ iki ildən daha az müddət ərzində artıq geri qazanılmışdı.
Əlbəttə, Azəbaycan nefti Rusiya milli valyutasına, bank sahəsinə, qiymətli kagızlara və s. əhəmiyyətli dərəcədə təsir göstərirdi.
Bazar iqtisadiyyatı nəzəriyyəsindən məlumdur ki, böyük neft olan yerə böyük investisiyalar qoyulur. Eyni şey Azərbaycanda baş verdi.
1874-1913-cü illərdə Azərbaycanın neft sənayesinə qoyulan kapitalların həcmi (min rubl)
1889-1913-cü illərdə Azərbaycanın neft sənayesinə qoyulan kapitalın həcmi (funt sterlinq)
Rusiyalı alimlərin son tədqiqatları Azərbaycanın neft müəssisələrinin gəlirliliyinin bu ölkənin qiymətli kağızlar bazarına təsirini bir daha sübut edir. Rusiyadakı qiymətlərin dinamikasına, neftlə əlaqəli müəssisələrin gəlirliliyinə, sənaye istehsalatı indekslərinin dinamikasına dair bilgiləri istifadə edərək, rus alimləri inqilabdan öncəki Rusiyanın fond bazarlarında neftlə əlaqəli qiymətli kağızların effektiv bazarının mövcudluğunu qurduqları bir sıra reqressiya modellərə istinadən birmənalı olaraq sübut etmişlər. Belə ki, Nobel qardaşlarının neft sənayesi Ortaqlığı üçün gəlirlilik səhminin orta qiymət reqressiyası onu göstərir ki, determinasiyanın korrektə olunmuş əmsalı 0,74-ə bərabərdir, bu da onu göstərir ki, səhmin qiymətinin təxminən ¾ dispersiyası müəssisənin gəlirliliyindən, reqressiyasından asılıdır. Bununla belə reqressiyanın əmsalı statistik olaraq dəyərlidir (t = 6,81 : Prob < 0,0001), F dəyəri isə statistik olaraq 46,47-yə bərabərdir ki, bu da modelin etibarlı olmağından xəbər verir.
Rusiyalı alimlərin bu tədqiqatı çox əhəmiyyətlidir – bu tədqiqat Rusiyanın qiymətli kağızlarının dəyərinin Azərbaycanda neft istehsalatının səmərəliliyindən asılı olduğunu göstərir.
Şəkildə əks olunan iki dinamik cərgənin vizual təhlili valehedici bir eyniləşməni üzə çıxarır.
Bakı neft cəmiyyətinə məxsus səhmlərin dinamik məzənnəsinin Paris və Peterburq birjalarında eyni dəyərə malik olmağını apriori gözləmək zordur.
Mənbə: Birja xəbərləri 1907-1914-cü illər.; Moniteur des Interets Materiels, 1907-1914
Bakı Neft cəmiyyətinə məxsus səhmlərin Paris və Peterburq birjalarında məzənnəsi, yanvar 1907 – aprel 1914-cü il %*
Qeyd: * 10 yanvar 1907-ci il tarixinə səhmin qiyməti 100 % olaraq qəbul olunub.
Eyni mənzərə aprel 1912 – aprel 1914-cü illərdə də müşahidə olunur.
Mənbə: Birja xəbərləri 1907-1914-cü illər.; Moniteur des Interets Materiels, 1907-1914
Bakı Neft cəmiyyətinə məxsus səhmlərin Paris və Peterburq birjalarında məzənnəsi, aprel 1912 – aprel 1914-cü il, %*
Qeyd: * 4 aprel 1912-ci il tarixinə səhmin qiyməti 100% olaraq qəbul olunub.
Bu uyğunluğu korrelyasiya təhlili də açıq-aydın göstərir:
Bakı neft cəmiyyətinə məxsusu səhmlərin məzənnələri arasında korrelyasiya – Paris (çərşənbə günü) Peterburq (bazar ertəsi) 1907-1914-cü illərdə
(L.İ. Вrodkin və A.B. Konovalova görə)
İl
|
Peterburq məzənnəsi (həftənin günləri)
|
bazar ertəsi
|
çərşənbə axşamı
|
çərşənbə
|
cümə axşamı
|
cümə
|
1907
|
0,876
|
0,894
|
0,906
|
0,841
|
|