Azərbaycanın “məmur-alimləri” – nazir olub, elmi ad alanlarımız

 

3808Azərbaycanda yüksək vəzifəli şəxslərin elmi dərəcə almaları son illər xeyli adiləşib. Bu isə istər cəmiyyətdə, istərsə də KİV-də geniş müzakirə mövzusudur.

Belə ki, hökumətdə kifayət qədər məsul postlar tutan, gərgin iş qrafiki olan və xalqın təbirincə desək. “başını qaşımağa vaxtı olmayan” iri məmurların necə elmi ad aldıqları maraq və mübahisə doğurur. 
İddialara görə, bəzi məmurların elmi işləri ya plagiat xarakteri daşıyır, ya da onlar pul müqabilində başqalarına yazdırılır. Xüsusilə ölkədə alimlərin dolanışıq səviyyəsinin çox aşağı olması elmi ad arzusuna düşən məmurların, iş adamlarının karına gəlir.
Son vaxtlar xüsusilə vəzifəli şəxslərin elmi ad almasına nəzarət xeyli artırılıb, bu isə son nəticədə  məmurların nəyin bahasına olursa olsun, “alimlik” sevdasına düşməsi hallarını səngidib.
Bununla belə, bu möbzunun öz aktuallığını itirdiyini düşünmək sadəlöhvlük olardı. Elə bunu nəzərə alan Qaynar.info  Azərbaycanın elmi dərəcəsi olan yüksək çinlilərinin kimliyini araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki, belə vəzifə sahiblərinin bəziləri dissertasiyalarını hələ məsul postlar tutmamışdan xreyli əvvəl yazıb müdafiə etsələr də (məsələn, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, yaxud Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə kimi…), elmi dərəcə alanlar arasında nazir, ya da digər başqa bir yüksək posta təyin edildikdən sonra buna nail olanlar da az deyil (məsələn, energetika naziri Natiq Əliyev və ya əmək və əhalinin sosial müdafiəsi naziri (elmi ad alarkən Dövlət Sosial Müdafiə Fondunun sədri idi) Səlim Müslümov kimi…).
Beləliklə, qaynar.info Azərbaycanın elmi adı olan yüksək çinli məmurlarının siyahısını təqdim edir:
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – texnika elmləri doktoru, professor
Elçin Əfəndiyev, Baş nazirin müavini – filologiya elmləri doktoru, professor
Əli Əhmədov, Baş nazirin müavini, YAP sədrinin müavini və hakim partiyanın icra katibi – fəlsəfə doktoru, professor
Əbülfəs Qarayev, mədəniyyət və turizm naziri – fəlsəfə elmləri namizədi (1992-ci ildən)
Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri -texnika elmləri üzrə fəlsəfə doktoru (1988-ci ildən)
Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyasının sədri – fizika-riyaziyyat elmləri doktoru, professor
Elman Rüstəmov, Mərkəzi Bankın İdarə Heyətinin sədri – iqtisad elmləri doktoru (2011-ci ildən)
Hacıbala Abutalıbov – fizika-riyaziyyat elmləri doktoru (1987-ci ildən)
İltimas Məmmədov – rabitə və yüksək texnologiyalar naziri əvəzi – texnika elmləri üzrə fəlsəfə doktoru (2008-ci ildən)
Natiq Əliyev, energetika naziri – 2008-ci ildən iqtisad elmlər doktoru (2008-ci ildən)
Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri – professor (1990-cı ildən)
Səlim Müslümov, əmək və əhalinin sosial müdafiəsi naziri – iqtisad elmləri doktoru (2006-cı ildən)
Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – siyasi elmlər doktoru (2001-ci ildən). Yeri gəlmişkən, H. Hüseynova Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.
Oqtay Şirəliyev, səhiyyə naziri – tibb elmləri doktoru, professor
Heydər Əsədov, kənd təsərrüfatı naziri – iqtisad elmləri üzrə fəlsəfə doktoru (1987-ci ildən)
Elmar Məmmədyarov, xarici işlər naziri – tarix elmləri üzrə fəlsəfə doktoru.
Qeyd: Axtarışlarımıza rəğmən, bəzi məmurlarımızın nə vaxt elmi ad aldıqlarını konkretləşdirmək mümkün olmadı.






Fikirlər