Trampa ŞOK: İslam ölkəsi QÜDSDƏ səfirlik açır
ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra Livan rəhbərliyi hərəkətə keçib. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Livanın Xarici İşlər naziri Cibran Basil açıqlama verib. O bildirib ki, rəsmi Beyrut Qüdsdə səfirlik açmaq fikrinə düşüb: “Hazırda bu məsələ müzakirə edilir. Livanın Fələstindəki səfirliyi Şərqi Qüdsdə açıla bilər”.