PUTİNİN Yeni Komandası VƏ VARİSİ – Kimlər qalır, KİMLƏR gedəcək?
Noyabr ayında “Levada-Mərkəz”in keçirdiyi sorğuya əsasən (namizədlik elan olunmamışdan əvvəl), rəyi soruşulanların 67%-i bildirblər ki, martda keçiriləcək seçkilərdə Putinə səs verməyə hazırlaşırlar. İkinci yerdə isə, LDPR sədri Vladimir Jirinovski və Kommunist Partiyasının sədri Gennadi Züqanov gedirlər: seçkilərdə hər ikisini 4% səs gözləyir. Baş müxalifətçi Aleksey Navalnıya səs verməyə hazır olanların sayı 2 faizdir. Politoloq Abbas Qallyamov əminliklə deyib: ”Putinin üstünlüyü elə böyükdür ki, onun prezident seçkilərinin ilk turunda qalib gəlməsi heç bir şübhə doğurmur”. Hər necə olsa da, Putin hakimiyyət sükanı arxasında tək olmayacaq. Prezident dövləti tərəfdarlar qrupunun dəstəyi, yaxın ətrafı ilə idarə edir – yəni, prezident administrasiyasının başçısı, hökumət, Duma və Təhlükəsizlik Şurası və sairə ilə birlikdə. “Observo” Fransa-Rusiya ekspert qrupunun direktoru Arno Dyuben deyib: ”Rusiyada iki paralel hakimiyyət sitemi mövcuddur: konstitusiyada yazıldığı kimi rəsmi hökumət və həmin işlərlə məşğul olan qeyri-rəsmi hökumət kimi prezident administrasiyası”. Əgər Volodin və Narışkinin təyinatı (hər ikisi Putinin ətrafına aiddir və daimi Kremldə olurlar) politoloqlar tərəfindən dövlət aparatı çərçivəsində “köçürülmə” kimi başa düşüldüsə, ancaq Vayno-Kirienko tandemi bir çoxu üçün sürpriz oldu. “Kommersant” qəzetinin siyasi icmalçısı Andrey Perçev qeyd edir ki, Putini özlərinə bərabər sayan onun köhnə tərəfdarları, artıq onun üçün yük olmağa başlayıb. Məhz həmin köhnə tərəfdarlar Yeltsin dövrünün qubernator və oliqarxlarını siyasi səhnədən sıxışdırıb çıxarmaqda Putinə kömək ediblər. Amma indi Putin heç kimə borclu qalmaq istəmir. Anton Vaynonun təyinatı sakit və tanınmamış apart işçilərini, bürokratları və texnokratları inandırmalıdır ki, artıq onların getmə vaxtı gəlib çatıb. Arno Dyubenin fikrinə görə, Vayno və Kirienkonun profili Putin ətrafının yenilənməsinin sürətlənməsindən xəbər verir. O, bu barədə deyib: ”Vayno nomenklaturadan olan gənc adamdır. Onun babası Qorbaçov zamanı Estoniya kommunist partiyasının katibi idi və o atası kimi hakimiyyət ilə sıx əlaqələr qurub. Dövlət xidmətindəki ilk addımlarını diplomat kimi, Yaponiyadakı Rusiya səfirliyində katib işləməklə atıb. Kirienkonun isə liberal profili var. O, Rosatomu səmərəli müəssisəyə çevirə bilib. Putinin gələcək prezidentlik müddəti ərzində məhz bu cür adamlar ilk rolda çıxış edəcəklər: bu şəxslər etibarlı, haradansa təsadüfən çıxmayan, nisbətən gənc, özlərini Putinin gözündə təsdiq etmiş, lakin mütələq keçmiş DTK-çı və ya Sankt-Peterburqda işləyən dövrün tanışları olmayanlar olacaqlar”. Digər nümunə kimi Dyuben artıq sistemdə işləyən, amma şübhəsiz ki, bəlkə də, hətta baş nazir müavini və ya baş nazir vəzifəsinə qədər gedə biləcək şəxslərin də adlarını çəkir. Bunlar Sənaye və ticarət naziri Denis Manturov, Energetika naziri Aleksandr Novak, Maliyyə naziri Anton Siluanovdur. Onların sırasına hələlik Kremldə qalan qadınlar da daxil ola bilər. Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina və Tatyana Qolikova, Hesablama palatasının başçısı və Təhsil naziri daha da yüksək mövqelər tutmaq imkanına malikdirlər. 2024-cü ilə kimi hakimiyyət sükanı arxasında duracaq Putinin varisi məsələsinə gəldikdə isə, ”Peterburqskaya politika” fondu bununla bağlı avqust ayında təhqiqat aparıb. Birinci namizəd Dmitri Medvedyev olub. O, artıq 2008-2012-ci illərdə Putini əvəzləmişdi. Digər favoritlər içərisində Moskva meri Sergey Sobyanin, Tula vilayəti qubernatoru Aleksey Dyumin, Müdafiə naziri Sergey Şoyqu və Federasiya Şurasının spikeri Valentina Matviyenko var. Arno Dyuben bildirir: ”İdeal varis nisbətən gənc, hakimiyyət sistemində konsensual rol oynayan və müxtəlif qrupları birləşdirməyi bacaran şəxs ola bilər. Medvedyev və Sobyanın daha çox ehtimal edilən və həqiqətəbənzər namizədlərdir. Şoyqu baş nazir ola bilərdi, lakin o həm çox gənc və həm də ki, mənşəcə rus deyil. Matviyenkonun nüfuzu, təcrübəsi və digər kriteryaları yerində olsa da, ancaq o, Putindən də yaşlıdır”. (“Opininon” Fransa)
“Putinin dördüncü prezidentlik müddətində onun gələcək komandası”
Rusiyada prezident seçkiləri mart ayında keçiriləcək, amma onun nəticələri indidən heç bir şübhə doğurmur. Vladimir Putinin dördüncü prezidentlik müddəti uğrunda mübarizədə iştirakı bəlli olduqdan sonra, onun qalib gələcəyinə heç kimin şübhəsi yoxdur.