Gül Bayramı ilə bağlı qərar APRELİN 11-də açıqlanacaq...
Hazırda Heydər Əliyev Sarayının qarşısında Gül Bayramı ilə bağlı hazırlıq işləri dayandırılıb. Bu dəqiqələrdə ərazidə söküntü işləri aparılır.
Məsələ ilə bağlı Modern.az saytı Nəsimi rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon Mənzil Kommuinal İdarəsinin rəisi Elman müəllim bu məsələnin Bakı Şəhər İcra Hakimiyətinin səlahiyyətində olduğunu bildirib və bir məlumat verə bilməyəcəyini deyib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat katibi Nailə Məmmədova isə deyib ki, bazar ertəsi Hacıbala Abutalıbov Gül Bayramının keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarı açıqlayacaq.
Qeyd edək ki, cəbhədə baş verən hadisələr zamanı şəhid olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq bu addımın atıldığı bildirilir.