PUTİN ŞƏXSİ ORDUSUNU YARADIR! – ! RUSİYA prezidenti çevriliş təhlükəsini hiss edir

362126_img650x420_img650x420_crop

Bu yaxınlarda Rusiyada daha bir təhlükəsizlik xidməti meydana gəlib. Rusiya prezidenti Vladimir Putin milli qvardiyanın yaradılmasına əmr verib. Rəsmi olaraq, milli qvardiya terrorizm və mütəşəkkil cinayətkarıqla mübarizə aparacaq. Milli qvardiya, həmçinin daxili qoşunların və OMON-un üzərinə düşən öhdəlikləri də yerinə yetirəcək. (Strafor)

Ancaq bu gözlənilməz qərarın verilməsi ictmai qaydaların pozulması və ya təhlükəsizlikdən daha çox Putin administrasiyasının Rusiyanın və eləcə də Kremlin özündə yarana biləcək qeyri-sabitlikdən ehtiyat etməsindən irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, Vladimir Putin milli qvardiya yaradılması təklifini verən ilk Rusiya prezidenti deyil.
Putinin sələfi Boris Yeltsin bu ideyanı 1991-ci ildə özünün xalqa yeni il müraciəti zamanı səsləndirmişdi. Hələ onda yeni prezident Boris Yeltsinin möhkəm siyasi bazası yox idi və güc strukturları isə, ona qarşı xüsusi loyallıq göstərmirdilər. 1993-cü ildəki konstitusiya böhranı dövründə – Rusiya parlamentinin dövlət çevrilişinə baş tutmayan cəhdindən sonra, Yeltsin yenidən həmin təklifə qayıtmışdı. Həmin konstitusiya böhranı zamanı parlament tərəfindən hərbiləşdirilmiş qüvvələr yaradılmışdı və daxili qoşunların bir hissəsi parlamentin tərəfinə keçmişdi. Rusiya ordusu isə bir neçə gün gözləmə mövqeyində dayanmışdı və nəhayət, onlar Boris Yeltsinin əmrini yerinə yetirərək, tankları və qoşunu Hökumət Evinə doğru göndərmişdilər. Orduya tam olaraq güvənmədiyi üçün, bu hadisələrdən sonra Boris Yeltsin bir daha milli qvardiyanın yaradılması məsələsinin müzakirəsinə qayıtmışdı.

1995-ci ildə “İzvestiya” qəzeti Boris Yeltsinin köməkçilərinin jurnalistlərin əlinə keçmiş xidməti yazışmalarını dərc etmişdi. Həmin sənədlərə əsasən, Yeltsin daxili iğtişaş hallarına qarşı xüsusi hərbləşdirilmiş qüvvə yaradılması barəsində əmr verməyə hazırlaşırdı. Bu isə faktiki baxımdan onun şəxsi ordusu olmalıydı. Rusiya KİV-ləri bu planı Federal Təhlükəsizlik Xidmətinin (FTX) güclənməsi ilə bağlayırdılar. Bundan əlavə KİV-lərə sızan sənəddə qeyd edilirdi ki, milli qvardiyaya general Aleksandr Korjakov rəhbərlik edəcək. A.Korjakov Yeltisinin keçmiş cangüdəni və onun təhlükəsizlik xidmətinin başçısı olub. Yeltsin ona şəxsən etibar edirdi. Lakin bütün bunlara baxmayaraq, milli qvardiyanın yaradılmasına Yeltsin administrasiyasının gücü çatmadı.

Elə Putin administrasiyası da artıq birinci dəfə deyil ki, milli qvardiyanın yaradılması məsələsini qaldırır. Parlament seçkilərinin mübahisəli nəticələri və Putinin ikinci dəfə 2012-ci ildə prezident postuna seçilməsi ilə əlaqədar bir neçə ay davam edən kütləvi etirazlar fonunda, milli qvardiyanın yaradılması barəsindəki söz-söhbətlər yenidən dolaşmağa başladı. Lakin Yeltsin dövründə olduğu kimi, şayiələr öz təsdiqini tapmadı. Etirazlar səngidi və beləliklə də yeni ordu yaradılmadı.

Ümumiyyətlə isə, milli qvardiyanın yaradılması barəsində qəfildən verilmiş qərar, hər halda Kremlin gələcəkdə iğtişaşlara hazırlaşması kimi başa düşülməlidir. Milli qvardiyanın üzərinə düşən öhdəliklər haqda söhbətlər sadəcə bəhanədir. Çünki terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan daxili qoşunlar və “OMON” artıq çoxdandır ki, mövcuddur. Əslində belə bir təşəbbüs payızda keçiriləcək parlament seçkilərində baş verə biləcək siyasi etirazlara qarşı xəbərdarlıq tədbiridir. Hərçənd ki, milli qvardiyanın strukturu, onun sayı və harada yerləşdiriləcəyi haqda təfərrüatı ilə məlumat verilməyib, ancaq bu qüvvədən istənilən iğtişaşın yatırılmasında istifadə edilə bilər.

Digər tərəfdən isə Yeltsin kimi Putinin də milli qvardiyanı öz şəxsi ordusu kimi yaratmaq niyyətində olması istisna deyil. Beləliklə, heç bir konkret və fərqləndirici funksiyası olmayan milli qvardiya daxili qoşunlar və FTX ilə öhdəlikləri bölüşəcək daha bir təhlükəsizlik xidməti olacaq.

Putin-Zolotov-300x210Prezident milli qvardiyanın başınaViktor Zolotovu gətirib. Putinin keçmiş cangüdəni və onun ən inanılmış adamlarından biri olan V.Zolotov bundan əvvəl daxili qoşunlara rəhbərlik edirdi. Elə vaxtilə Korjakov da Yeltsinin cangüdəni idi. Ona görə də, Zolotovun milli qvardiyaya rəhbər təyin edilməsi, bu əvəzedici təhlükəsizlik strukturunun əsl məğzini açıb ortaya qoyur. Daha bir xarakterik detalı da qeyd etmək lazımdır: Zolotov bundan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yer alacaq.

Zolotovun vəzifəsinin böyüməsi məsələsi uzun illər ərzində rusiyalıları maraqlandıran mövzulardan biri olub. Keçən ilin martında Putin 10 gün “itkin”düşəndə, belə bir şayiə yayılmışdı ki, FTX-inin işçiləri Zolotovu öldürüblər. Hər halda bu cür şayiələr Zolotovun güc strukturları elitası arasında gedən mübarizədə əhəmiyyətli rol oynamasından xəbər verir.

Əlbəttə ki, öz administrasiyasını möhkəmləndirmək məqsədi ilə Putinin milli qvardiya yaradılmasına və Zolotovun bu orqana rəhbər təyin edilməsinə əmr verməsinin arxasında dövlət çevrilişi təhlükəsinin dayanması istisna deyil.

Ola bilər ki, Rusiya prezidenti çevriliş baş verməsi halında, digər təhlükəsizlik strukturlarının – FTX, daxili qoşunlar və hətta silahlı qüvvələrin ona qarşı loyal mövqe tutacaqlarından şübhələnir. Rusiyanın tarixini çox gözəl bilən Putin, bəlkə də özünün sələfi olan Boris Yeltsinin hakimiyyətdə olduğu dövrdə keçirdiyi qətiyyətsizlik hissindən yaxa qurtarmağa cəhd göstərir.






Fikirlər