“XALQ BANK”: Yasamalda baş verən partlayışın bankla əlaqəsi yoxdur

 Bakıda bankın baş ofisində partlayış

Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.

 
Bunu APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev APA-ya açıqlamasında  bildirib.
 
E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda  hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında  “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

   

 

Bakıda bankın baş ofisində partlayış

 

Bakıda bankın baş ofisində partlayış

 

Bakıda bankın baş ofisində partlayış

AzerTaym.az






Fikirlər