Dəmirtaş yenə ermənilərə dəstək oldu - “SOYQIRIMI” sözünü işlətdi
Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş bu dəfə də ermənilərə dəstək olub. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, İzmirdə qondarma erməni soyqırımından danışıb. Dəmirtaş 1915-ci ildə qətlə yetirilən hər kəsi anırıq deyərək soyqırımı sözünü işlədib: "Bu gün 101 il öncə erməni soyqırımının başladığı gündür. Ermənilər bu torpaqlarda öldürüldüyünü, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etməyə çalışırlar". Qeyd edək ki, HDP PKK-nın bir qolu hesab olunur.