İLHAMƏNİN OGLU: “Bəyəm mən nazirəm...”
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməkdar artist Firuzə İbadovaya qızını işə düzəltmək adıyla 7 min manat pul atması ittihamı qarşı tərəfi özündən çıxarıb. Əli Mİrəliyev tərəfindən irəli sürülən ittihamlara O.Nadirov Publika.azvasitəsi ilə aydınlıq gətirib: “Əlinin ağlı tamamən çaşıb. Mən yaşına görə ona hörmət edirdim, amma indən belə bir qram da ona hörmət etməyəcəm. Ağzına gələni danışır, deyir ki, güya mən kiməsə pul atmışam, kimisə işə düzəltməyi boyun olmuşam. Ay başınıza dönüm, məgər mən nazirəm, məmuram ki, kimisə işə düzəldim? Həyat yoldaşımı da bu işə qarışdırır, mən artıq əsəblərimi cilovlaya bilmirəm. O şəxs məhkəmədə mənimlə qarşılaşmalı olacaq”.