Xəbər verildiyi kimi iki gün öncə ABŞ Dövlət Departamenti Avropa ölkələrinə bu günlərdə səfər etməyin riskli olması barədə vətəndaşlarına xəbərdarlıq edib.
Qurum Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında və Polşada keçiriləcək Ümumdünya gənclər günündə "İslam Dövləti" tərəfindən insanların toplaşdığı yerlərdə mümkün terror aksiyasının törədilməsi barədə planlarının olduğunu bəyan edib.
Təhlükəsizlik məsələri üzrə tanınmış ekspert İlham İsmayılModerator.az-a ABŞ Dövlət Departamentinin məlum xəbərdarlığınbı şərh edib:
"ABŞ elə təkcə bu ilin mart, aprel aylarında Rusiyada və Türkiyədə də mümkün terror törədilməsi barədə həm öz vətəndaşlarını, həm də adı çəkilən ölkələri də xəbərdar etmişdi. Bildiyiniz kimi Fransa-Almaniya futbol komandalarının yoldaşlıq görüşündə də terror hadisəsi olmuş, stadionun müxtəlif yerlərində partlayışlar törədilmişdi. İŞİD-in Avropa ölkələrini, xüsusilə Fransanı hədəf seçməsi artıq məlum məsələdi.
İndi sual yaranır ki, görəsən ABŞ Dövlət Departamentiniun bu xəbərdarlığından təkcə Amerika vətəndaşlarımı nəticə çıxarmalıdırlarlar? Eyni zamanda iyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" yarışları necə, beynəlxalq terrorizmin hədəfində ola bilərmi?
Adətən terrordan danışanda mütəxəssislər şablon olsa da belə bir fikir bildirirlər ki, terrordan heç bir dövlət sığortalanmayıb. Bu, şablon olsa da həqiqətdir. Nəzərə alsaq ki, İŞİD zaman -zaman Azərbaycanı da terrorla hədələyir, deməli, nəzəri baxımdan mümkündür. Əlavə olaraq, Qarabağ cəbhəsində bu ilin aprelində Ermənistanla yaşanan gərginlikdən sonra məhz "Formula-1" yarışları keçiriləcəyi günlərdə erməni terrorizminin hədəfinə gələ bilmək ehtimalını da nəzərdən qaçırmaq olmaz. Adlarını çəkmədən deyə bilərik ki, bəzi dövlətlər də Azərbaycana təzyiq etməkdə davam edirlər və terror da təzyiqin populyar formalarından biridir. Amma qeyd etmək lazımdır ki, son illər Azərbaycan beynəlxalq miqyaslı idman və musiqi yarışlarına da ev sahibliyi edib və kifayət dərəcədə təhlükəsizlik tədbirlərini həyata keçirməkdə təcrübəsi var. Bu ərəfədə təhlükəsizlik orqanlarımız terrorizmə qarşı mübarizədə əməkdaşlıq etdikləri başqa dövlətlərin də strukturlarıyla intensiv informasiya mübadiləsi aparmaqla mümkün təhlükəni önləmək üçün zamanında xəbərdar ola bilərlər. Hesab edirəm ki, təkcə təhlükəsizlik orqanları deyil, vətəndaşlar da bu ərəfədə ayıq-sayıq olmalı, şübhəli məqamlar barədə məlumat verməlidirlər. Ümid edirik ki, bu beynəlxalq yarış yüksək səviyyəli təhlükəsizlik tədbirlərini həyata keçirməklə uğurlu olacaqdır"