İLHAM Əliyev Merkellə QARABAG münaqişəsini müzakirə edəcək
Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün kansler Angela Merkellə görüşəcək. Modern.az Almaniyanın “Spiegel” jurnalına istinadən xəbər verir ki, görüş Almaniya hökumətinin binasında baş tutacaq. Jurnalın xəbərinə görə, tərəflər ikitərəfli münasibətləri müzakirə etməklə yanaşı, aprel ayında Qarabağda intensivləşən hərbi toqquşmalar barədə də fikir mübadiləsi aparacaq.