Dünyanı idarə edən gizli təşkilatın toplantısı başlayıb — KİMLƏR iştirak edir?

Dünyanı idarə edən gizli təşkilatın toplantısı başlayıb — Kimlər iştirak edir?

Müəmma dolu "Bilderberq" klubunun toplantısı başlayıb

AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, dünən Drezden şəhərində Bilderberq klubunun görüşü başlayıb. Bu barədə informasiya Bilderberq klubunun rəsmi saytında yer alıb.

Toplantıda Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq.

Konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Görüşə daha çox ABŞ-dan nümayəndələr çağırılıblar. Bundan başqa, tədbirdə Almaniyanı maliyyə naziri Volfanq Şoyble, müdafiə naziri Ursula fon der Lyayen və daxili işlər naziri Tomas de Mezyer təmsil edirlər. Üstəlik, Almaniyanın "Doyçe Bank" və "Siemens" şirkətlərinin rəhbərləri də tədbirə qatılacaqlar.

Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək. Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, xarici işlər naziri Frank Valter Ştaynmayer və iqtisadiyyat naziri Ziqmar Qabriel imtina ediblər. Bu il görüşdə Rusiyanı heç kim təmsil etməyəcək.

Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Bununla belə, klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti Con Kolemanın "300-lər komitəsi" adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.






Fikirlər