Kərəm Həsənovun məşhur şirkəti “batır” – “AZİNKO”da böyük çöküş!

Kərəm Həsənovun məşhur şirkəti “batır” – “Azinko”da böyük çöküş!

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun nəzarətindəki "Azinko” şirkəti ciddi problemlərlə üzləşib. 

Buna səbəb şirkətin son vaxtlar dövlət xətti ilə həyata keçirilən ciddi investisiya layihələrindən kənarda qalmasıdır.
Bu barədə Qaynarinfo.Az-a məlumat verən mənbənin sözlərinə görə, 2006-cı ildən fəaliyyətə başlayan "Azinko Holdinq" MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - "Klass Az Ko " MTK, "Xəzər Az Ko" MTK, "Sahil Az Ko" MTK, "Az-İn-Ko " MMC və "Regional İnşaat" MMC daxildir. 
Yarandığı vaxtdan "Azinko Holdinq " MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin, biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur. 2010-cu ildən isə Bakıda çeşidli söküntü və tikinti işləri "Azinko" vasitəsilə həyata keçirilib. Həmin dövrdən keçən iki il ərzində Kərəm Həsənovun şirkəti bir çox dövlət layihələrinin icrasını həyata keçirib və bu zaman fantastik məbləğlərlə müşahidə olunan vəsait əldə edib.
Son iki ildə işə şirkətin sifarişləri kəskin azalıb. Proses Bakıda keçirilən "Eurovision” musiqi yarışması üçün nəzərdə tutulan zalın tikintisindən sonra başlayıb. Belə ki, "Kristal Palace”in tikintisi həm yubanıb, həm də onun fundament işlərinin keyfiyyətsiz görüldüyünə dair fikirlər meydana çıxıb. Bundan sonra "Azinko” tədricən dövlət investisiya layihələrinin icrasından kənarda qalmağa başlayıb. 
Son bir ildə isə iqtisadi böhran "Azinko”nun fəaliyyətinin tamamilə zəifləməsinə gətirib çıxaqrıb. İddialara görə, şirkət çox sayda işçisini ixtisar etməli olub. 
Bundan başqa, şirkətdə maaşların xeyli azaldığı və yubanmalarla ödənildiyi də gələn məlumatlar arasındadır. 
O da bildirilir ki, Kərəm Həsənov və onun biznesmen olan deputat qardaşı Malik Həsənov son vaxtlar daha çox ölkədən kənardakı bizneslərini gücləndirməyə üstünlük verirlər. 
Hələ 2013-cü ildə Həsənovların Dubayda biznes qurmağa başladıqlarına dair KİV-də informasiyalar yayılmışdı. Həmin informasiyalar komitə sədri və qradaşı tərəfindən təsdiqlənməsə də, təkzib də edilməmişdi.
Görünür, ölkə daxilində biznes işlərinin uğurla getməməyə başlaması onları ölkədən kənarda biznes fəaliyyəti ilə məşğul olmağa məcbur edir. 






Fikirlər