“QARABAG münaqişəsinin həllinə kömək edən istənilən vasitədən istifadə olunmalıdır”

Sabir Rüstəmxanlı: “Bu həm rəsmi, həm də xalq diplomatiyası ola bilər”

Bir neçə il bundan öncə Qarabağ probleminin həllinə zəmin yaratmaq, münaqişə tərəfləri arasında gərginliyi zəiflətmək məqsədi ilə rəsmi Bakı xalq diplomatiyası siyasətinə start versə də, müəyyən müddətdən sonra bu siyasətdən imtina etdi. Daha doğrusu, ziyalıların işğaldakı torpaqlara səfəri, erməni ziyalıları ilə görüşü dayandırıldı ki, bu da siyasi hakimiyyətin bu metodun perspektivinə inamının azalması, habelə bu cür səfərlərin cəmiyyətdə birmənalı qarşılanmaması ilə izah edildi.

Bugünlərdə yenidən xalq diplomatiyası siyasətinə qayıdışın zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir.

Maraqlıdır, xalq diplomatiyası Qarabağ konfiliktinin həllinə yardım edə bilərmi? Doğrudanmı xalq diplomatiyasına yenidən üz tutmağa ehtiyac var?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı münaqişənin həllinə yardımçı olan istənilən vasitənin tətbiqini məqbul hesab etdiyini vurğuladı:

“Hesab edirəm ki, münaqişənin həllinə kömək edən istənilən vasitədən istifadə olunmalıdır. Bu, həm rəsmi, həm xalq diplomatiyası, həm də digər vasitə ola bilər. Əgər biz həqiqətən də münaqişənin həll edilməsini, problemin aradan qaldırılmasını istəyiriksə, o zaman bu metodların hər birinə müraciət edə bilərik və etməliyik”.

 






Fikirlər