“Qiymət artımına görə HÖKUMƏTƏ MİNNƏTDAR olmalıyıq, çünki…”
Səxavət Əlisoy: “Yaxşı ki, kommunal xərclərin qiymətini 5-10 dəfə artırmır” “Hökumətin bu tipli bahalaşmalarına öncə ziyalılar münasibət bildirməlidir” Maraqlıdır, kommunal xərclərin artırılması xalqa nə vəd edir? Niyə bu cür artımlar ciddi etirazlara səbəb olmur? Xalqın göstərdiyi bu "dözümün" sirri nədir? Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Bu ölkədə təkcə fəhlələr dözümsüzdür. Onların maaşını kəsəndə hay-küy salır, hökumətə etiraz edirlər. Qalan zümrə artıq taleyi ilə barışıb, başını aşağı salıb gününü keçirir. Hökumətin bu tipli bahalaşmalarına öncə ziyalılar münasibət bildirməlidir. Onlar hər zaman olduğu kimi fəhlələrin arxasında gizlənməyi sevir. Azərbaycan ziyalısının etiraz hissi öləziyib. Sabah, hökumət müəllimlərin və həkimlərin maaşını 50 faiz azaltsa, düşünürsünüz ki, onlar etiraz edəcək? Hökumət lap belə 3 ay bu zümrənin maaşını verməsə belə, kimsə səsini çıxarmayacaq. Hökumətdən aldığı maaş bir ayın on gününü adam kimi yaşamağayetən, qalan 20 günü də it günündə yaşamamaq üçün mücadiləaparan, min türlü oyunlara əl atan zatdan heç nə gözləməyə dəyməz. Odur ki, nəinki elektrik enerjisinin, cümlə kommunal xərclərin qiyməti artırılsa da etiraz-filan gözləmək əbəsdir. Hökumətə minnətdar olmaq lazımdır ki, humanistlik edərək, kommunal xərclərin, nəqliyyat xərclərinin qiymətini 5-10 dəfə artırmır. Deqradasiyaya məruz qalmış cəmiyyətlərdə, hökumət nəsə verdiyinə görə minnətdarlıq edirlər. Verməyə də bilər axı”.