20.03.2014. - Qızının Bayram payını Pərviz həşimliyə vermədilər

20.03.2014. -  Qızının Bayram payını Pərviz həşimliyə vermədilər İlahə Həşimova jurnalistin səhhətinin çox pis olduğunu bildirir.
Dünən tanınmış jurnalist , hüquq müdlafiəçisi Pərviz Həşimliyə həyat yoldaşı, İlahə Həşimova və qızı Zeynəblə MTN-də görüşə icazə verilib. İ.Həşimova bildirib ki, "Pərvizin səhhəti çox pisdir. Bayram ərəfəsində orada saxlanması, Bakı İstintaq Təcridxanasına köçürülməməsi onun psixologiyasına pis təsir edir. Ürəyində və gözündə ağrıları var. 6 aydır Pərviz atası və anası ilə görüşə bilmir. Bir-birlərini yalnız məhkəmələrdə görürlər. Valideynləri ilə telefon əlaqəsi saxlamağa da icazə vermirlər".

İ.Həşimova daha sona bildirib ki, bayram günündə övladından, yaxınlarından ayrı qalmaq ona ağır gəlir. «Qadağalar hələ də davam edir. Yanvar ayından sonra Pərviz evə bir dəfə zəng vura bilib. Başqa vaxtlarda heç telefon zənginə də icazə vermirlər. Heç olmasa yeri dəyişsə, bir az rahatlıq tapardı. Pərviz orada çox əzab çəkir. Oradakı gərginlik onu rahat buraxmır. Qızım Zeynəb əlində atasına bayram sovqatı aparmışdı. Bayram xonçası düzəldib içinə şəkərbura, paxlava yığmışdı. Amma sovqatı Pərvizə vermədilər, qaytardılar…”.






Fikirlər