Gülənin Pensilvaniyadakı qərargahı hansı gizli təriqətə aid olub? — ŞOK detallar (VİDEO)

Gülənin Pensilvaniyadakı qərargahı hansı gizli təriqətə aid olub? — Şok detallar (VİDEO)

FETÖ lideri Gülənin hazırda ABŞ-ın Pensilvaniya ştatındakı mənzil-qərargahı əvvəl gizli xristian təriqətinə məxsus olub.

Ölkə.Az xəbər verir ki, FETÖ terror qruplaşmasının liderinin hazırda bütün cinayət şəbəkəsini idarə etdiyi bu qərargah 1993-cü ildə ABŞ-da həkim işləyən Hüseyn Çopur adlı bir türk tərəfindən alınır. Əvvəllər katolik yezuit təriqətinin də ABŞ-da ən mühüm mərkəzlərindən biri rolu oynayan bu düşərgə sonda ondan daha təhlükəli başqa bir gizli təriqətin, FETÖ-nün nəzarətinə keçir.
Qısa bir müddət sonra isə Hüseyn Çopur bu ərazini FETÖ lideri Fəthullah Gülənin ABŞ-dakı fondlarından biri olan "White Rose Educational Institute Inc.”ə satır.
Qeyd edək ki, həmin qərargah FETÖ terror qruplaşmasının əsas mərkəzlərindən biri rolunu oynayır və Gülən Türkiyəni tərk etdiyi vaxtdan bu yana bu qərargahda yaşayır və terror şəbəkəsini buradan idarə edir.
   
 

 






Fikirlər