Ərdoğandan mühüm qərar: 100 İLLİK sistem ləğv olunur

ləğv 43

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra mübahisə mövzusu olan Başyavərlik (Prezident yanında hərbi müşavirlik – red.) sistemi ləğv olunur.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, prezident Ərdoğan bu məsələ ilə bağlı qərarını verib.

Başyavərlik sisteminin ləğvi ilə birlikdə Beştəpədəki Prezident İqamətgahının təhlükəsizliyi üçün də bir sıra addımlar atılacaq. Bunlardan biri Külliyənin (Prezident İqamətgahı – red.) raket sisteminə malik yüksək səviyyəli mühafizə sisteminin qurulmasıdır. Bundan sonra yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.

Qeyd edək ki, indiyədək prezidentin xidmətində 1 Baş yavər, 4 nəfər də yavər fəaliyyət göstərirdi. Hər addımda prezidentin yanında olan Baş yavər, onunla bərabər xidməti maşınına minən yeganə şəxsdir. Bu vəzifənin hələlik sonuncu sahibi Ali Yazıcı da FETÖ ilə əlaqəli olduğuna və çevriliş cəhdində iştirakına görə həbs olunub.

Baş yavərlik institutu Türkiyədə 1920-ci ildən mövcuddur.






Fikirlər