Neftçala təhsilində korrupsiya – xanım müavin bu qədər VAR-DÖVLƏTİ necə toplayıb?
Əksər rayonlarda olduğu kimi Neftçalada da təhsil bərbad səviyyədədi. İcra başçısı İmayıl Vəliyevin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova ilə Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun birgə “əməkdaşlığı” nəticəsində rayonda təhsilin səviyyəsi günü-gündən pisləşir. Bu barədə “Qaynarinfo.Az”a məlumat verən mənbə bildirir ki, direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini ilə məsləhətli şəkildə həyata keçirilir. Bildirilir ki, heç bir idarə, təşkilat rəhbəri icra başçısının ən yaxın adamlarından bir hesab olunan Gültəkin Sadıqovnın bir sözünü iki edə bilmir.“Ötən günlərdə Neftçala təhsilində yaşanan biabırçılıqlar barədə yazılmışdı. Bildirilmişdi ki, rayondakı orta məktəblərin təmiri üçün ayrılmış yüz minlərlə manatın nəyə xərcləndiyi müəmma olaraq qalıb. Çünki hazırda Neftçaladakı əksər orta məktəblərin dəhlizi bərbad vəziyyətdədir. Halbuki həmin məktəblər sənəd üzərində təmir olunmuş kimi qeydə alınıb. Gültəkin Sadıqovanın Aytəkin adlı bacısının diplomu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasa da, Neftçala şəhər M. Cəfərov adına İnternat ümumi orta məktəbin direktoru işləyir. Çünki məktəblər içərisində ən çox gəlir gətirən məhz internat məktəbidir” deyə “Qaynarinfo.Az”a məlumat verən mənbə bildirir. Gültəkin Sadıqova bu vəzifədə işlədiyi müddətdə Bakı şəhərində 2 bina evi, Neftçalada böyük bağ evi, əkin sahələri və s. mülklərə sahib olub. İddia olunur ki, icra başçısının xanım müavini təxminən bir il bundan əvvəl Neftçala rayon prokuroru Pərvin Quliyevə 7 min manat verməli olub. Buna səbəb onun adının “pul yığımında” və internat məktəbinə ayrılan vəsaitlərin yeyintisində hallanması olub. Təbii ki, bu bir iddiadı və onun nə qədər real olduğunu bilmirik. O, da bildirilir ki, Pərvin Quliyev Neftçalada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, böyük balıq vətəgələrinə, əkin üçün torpaq sahələrinə və rayonun Müşviq kəndində 4 bağ evinə sahibdi. İnşa etdirdiyi bağ evlərini başqa rayonlardan ov və digər istirahət üçün gələn qonaqlara pul qarşılığında kirayə verir.