NİGAR Yaqublu ilə SEYMUR Həzi bu gün evlənir

Nigar Yaqublu ilə Seymur Həzi bu gün evlənir

Nikah mərasimi türmədə baş tutacaq 

Keçmiş siyasi məhbus, tanınmış yazar Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 1-də ailə həyatı qurur. Onun hazırda məhbəs həyatı yaşayan, yazar Seymur Həzi ilə ailə quracağı barədə məlumat var. Bu barədə N.Yaqublunun facebook səhifəsində qeyd olunub. 
Musavat.com-a açıqlamasında N.Yaqublu bu xəbəri təsdiqlədi. Bildirdi ki, nikah mərasimi avqustun 1-də, saat 12.00-də, S.Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisədə baş tutacaq. 
Mərasimdə  N.Yaqublunun qardaşı və S.Həzinin bacısı iştirak edəcək: “Qalan hər kəs müəssisənin həyətində gözləyəcək. Ailəm də bu qərarıma dəstək olur. Onlar da orda olacaqlar”. 
N.Yaqublu dedi ki, S.Həzi hələ türmədədir və nə zaman azadlığa çıxacağı bəlli deyil. 
Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və "Azərbaycan saatı" verilişində həm aparıcı,həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib.
"Amnesty İnternational" təşkilatı da Seymur Həzini "vicdan məhbusu" kimi tanıyıb.
 
Seymur Həzi






Fikirlər