RƏŞAD MƏCİD Güləni müdafiə etdi: “Normal fikirlərdir, ayrı-seçkiliyi təbliğ etmir”
“Orada hər hansı milli, dini, irqi ayrı-seçkiliyi təbliğ edən fikirlər olmayıb” “525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin adı Gülən hərəkatının lideri Fətullah Gülənə simpatiya bəsləməkdə hallanır. Hətta mediada baş redaktorun Gülənin Azərbaycanda çap olunan kitabına ön söz yazması barədə fakt ortaya çıxıb. “Bir neçə il bundan öncə mənə “Milliyyət” qəzetinin müxbirinin Fətullah Gülənlə bağlı bir kitabı verildi və mən də ona ön söz yazdım. Orada da normal fikirlər idi. Bu kitab Türkiyədə də çap olundu və məhşur kitab idi. Orada hər hansı milli, dini, irqi ayrı-seçkiliyi təbliğ edən fikirlər olmayıb”. Qeyd edək ki, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb. Onun avtomobilinin yük yerindən Fətullah Gülənin kitablarının tapıldığı bildirilir. Ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb. Həmin kitablardan biri «Fətullah Gülənlə 11 gün» adlanır. Bu kitabın ön sözünü 525- ci qəzetin baş redaktoru Rəşad Məcid yazıb.
Gununsesi.info-ya açıqlamasında isə Rəşad Məcid bu barədə deyilənləri təsdiq edib: