“1,8 milyard manatın öhdəsindən gələcəyik” – Aydın Əliyev

Картинки по запросу aydın əliyev

Azərbaycan Dövlət Gömrük Komitəsi qarşısında illik 1 mlrd. 810 mln. manat proqnoz tapşırığı mövcuddur. Bu ilin oktyabr ayının 1-nə 1 mlrd. 653 mln. manat proqnoz tapşırığı artıqlaması ilə yerinə yetirilib.

Bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu artıqlama 20%-dən yuxarıdır: “Yalnız oktyabr ayı üzrə büdcəyə çatan vəsait 41% artıqlaması ilə yerinə yetirilib. Bu da onu göstərir ki, bu il büdcə proqnozunu bəlkə də oktyabr ayında tam yerinə yetirəcəyik və fəaliyyətimiz növbəti ayların proqnoz tapşırığının daha da artıq yerinə yetirilməsi ilə bağlı olacaq”.

A. Əliyev gələn il üçün büdcə proqnozunun artırılması məsələsinə də toxunub: “İnvestisiya və digər sahələrlə bağlı bəzi imtiyazlar qəbul olunub. Amma buna baxmayaraq ümid edirik ki, gələn ilin büdcə layihəsində nəzərdə tutulan proqnozun – 2 mlrd. 200 mln. manatlıq ödənişin də öhdəsindən gələcəyik”. /APA

 






Fikirlər