Bəşər Əsəd Ərdoğanın oğlunu İŞİD-lə neft ticarətində suçladı:"Onların hamısının İŞİD-lə bağlılığı var" - Müsahibə
Suriya prezidenti Bəşər Əsəd “Комсомольская правда”ya müsahibə verir Darya Aslamova kp.ru, 14.10.2016 Suriya prezidenti Bəşər Əsədin Suriya hadisələri ilə bağlı “Комсомольская правда”ya müsahibəsini ixtisarla Strateq.az-ın oxucularına təqdim edirik. – Suriyadakı durum daha təhlükəli və gözlənilməz olur. Münaqişəyə lap çox iştirakçı və oyunçular cəlb olunur. Məsələn, bu gün Suriyada kimlər döyüşür? İran, Livan (Hizbullahı nəzərdə tuturam), Rusiya, Türkiyə, ABŞ başda olmaqla koalisiya. Çin öz marağını nümayiş etdirir. Sizi narahat etmir ki, bu münaqişə III dünya savaşına çevrilər. Ya bu, artıq, III dünya savaşının başlanğıcıdır? – Birincisi, problemdən danışılsa, onda problemin qaynağından da danışmaq lazımdır: bu, terrorizmdir. Suriyanın işlərinə indi kimin qarışdığının önəmi yoxdur, ən mühümü terrorçuları kimlərin hər gün, hər saat dəstəkləməsidir. Bu, əsas problemdir. Bunu həll etsək, təsvir etdiyiniz dolaşıq mənzərə önəmini itirir. Rusiya, İran və Hizbullah bizim müttəfiqlərimizdir və qanuni şəkildə buradadır. İkincisi, qaldı ki, III dünya savşaına, bu termindən tez-tez istifadə edirlər – xüsusən də Suriyaya aid durumun güclənməsindən sonra. Bu gün soyuq müharibəyə oxşayan durumu inkişaf mərhələsində görürük. “Qərb bizim ölkəni dağıtmağa istinad edir” – Amma dediniz ki, Suriya bu müharibənin mühüm səhnəsi olub. Aydındır ki, ölkəniz böyükdür, neftiniz var, amma siz Səudiyyə Ərəbistanı deyilsiniz. Niyə məhz Suriya? – Burada xeyli aspektlər var. Bölgəsəl münaqişədən danışırıqsa, Suriyanın İranla çox gözəl münasibətləri var, Səudiyyə Ərəbistanı isə müxtəlif səbəblərə görə İranı bütün mənalarda tamamilə dağıtmaq istəyir. Buna görə də istəyirlər ki, Suriya İrana arxa çevirsin. Çünki Suriyanın dağılması İrana mənfi təsir edəcək. Mən buna bu cür baxıram. Qərb Rusiya və Suriyanın uzun illər əməkdaşlıq etdiyini müşahidə edərək buna isnad edir ki, Suriyanın dağılması həmçinin Rusiyaya da mənfi təsir edəcək. Lakin daha nəsə var: Suriyanın tarixi rolu. Suriya əsrlər boyu Yaxın Şərqdə geopolitik dinamikanın qaynağı olub. Buna görə də fironların dövründən Suriya üzərində nəzarət son dərəcə əhəmiyyətli idi. Suriya uğrunda vuruşmağa vərdiş ediblər – fironlar da, hettlər də. Bu, tarixi bazisdir. Çünki Suriya Aralıq dənizi bölgəsində sərfəli yerləşib. Və müxtəlif mədəniyyətlər arasındakı ayırıcı xətlər buradan keçir. Bax, buna görə bütün bölgə üzərində nəzarət üçün Suriyaya nəzarət mühümdür. Və sonra, Suriya müstəqil ölkədir, Qərb isə isrtənilən ölkənin müstəqilliyi ilə heç vaxt barışmır – önəmi yoxdur, bu, kiçik Suriya və yaxud böyük Rusiyadır… Onun Rusiya ilə problemi nədədir? Çünki Rusiya “hə”, ya “yox” demək haqqını qoruyur. Qərb isə istəyir ki, ona həmişə "bəli-bəli" desinlər. Suriyanın da Qərblə problemi budur. – Qərbin bəzi mediaları iddia edir ki, Suriyada müharibə Rusiya ilə ABŞ arasında birbaşa münaqişəyə çevrilib. Bununla razısınız? – Bəli, sadə bir səbəbdən. Lap əvvəldən məsələnin terrorizmlə bağlı olduğunu deyəndə, bax, bunu nəzərdə tuturdum. Rusiya təkcə Suriyaya görə deyil, həm də Rusiyanın özünə görə terrorizmlə mübarizə aparmaq istəyir. O, bütün bölgə, bütün Avropa və bütün dünya uğrunda döyüşür. Ruslar dərk edirlər ki, amerikalılar hələ 80-ci illərdə Əfqanstan müharibəsi dönəmindən və bu günə qədər terrorizimin həmişə masanın üzərinə atılmalı kozır olduğuna əmin olduqlarından terrorizm durmadan çoxalır. Siz onu cibinizdə saxlayıb gərəkəndə çıxarda bilərsiniz. Buna görə müxtəlif ideologiya və yanaşmalardan danışırıq. Bax, buna görə Rusiya-Amerika münaqişəsi təbiidir və hətta aranızda dialoq varsa da, müxtəlif şeylərdən danışırsınız. Türkiyə və İsrailin rolu barədə – Bölgədə yeni oyunçu peyda olub. Türkiyənin bu müharibədə rolu haqda fikriniz necədir? – Bu, işə qarışmaq deyil, təcavüzdür. Suriya ərazisinin kiçik və yaxud böyük qismini götürmək önəmli deyil, bu qarışmaq təcavüzdür. Bütün beynəlxalq qanunların, əxlaqi normaların ziddinə və Suriyanın suverenliyə qarşı təcavüzdür. Türklər əsil niyyətlərini pərdələyir və özlərini təmizə çıxarmağa çalışırlar. Çünki İŞİD-i və ən-Nusranı dəstəkləyirdilər. – Bəs düşünürsünüz ki, indi dəstəkləmirlər? – Xeyr, indiyədək dəstək verirlər, amma “Biz İŞİD-lə mübarizə aparırıq” sözləriylə gəliblər. – Türklərin özlərinin yaratdığı İŞİD-lə guya mübarizə apardığı gülüncdür. – Tamamilə dəqiqidir. İŞİD-i onlar yaradıb, arxa cəbhə ilə təmin edib və bizim neftimizin Ərdoğanın oğlu və yaxın çevrəsinin iştirakıyla öz ərazilərindən keçirilib satılmasına imkan yaradıblar. Onların hamısının İŞİD-lə bağlılığı var. Bunu bütün dünya bilir. Lakin Suriyaya təcavüzlə bağlı İŞİD-lə eyni kökləri olan yeni mötədil qüvvələrdən danışmağa başlayıblar. Bu qüvvələr İŞİD-dən boy atıb. Türklər inandırırlar ki, bombrdman, qoşun və yerli mötədil güclər vasitəsilə İŞİD-ə qalib gəliblər. Amma əslində, İŞİD-in ərazi üzərindəki nəzarətini özlərini yetişdirdiyi qüvvələrə verirlər. Ancaq bu, sadəcə, qalan dünya üçün oyundur. Ərdoğanın məqsədi Suriyada ən-Nusranı dəstəkləməkdir. Həm də istəyir ki, gələcək Suriyada rol oynasın. Hiss edir ki, İŞİD-lə münasibətlər üzündən son zamanlar təcridə düşüb. Ərdoğanın ideologiyası zorakı və ekstremist “Müsəlman qardaşlar”ın ideologiyası ilə özünün yeni sultanlıq barədə xülyalarının qarışığndan ibarətdir. O, bu iki ideologiyanın qatışığı ilə bölgə üzərində nəzarəti bərpa etmək niyyətindədir. Bax, buna görə Suriya da daxil olmaqla hər bir ölkədə "Müsəlman qardaşlar"ı dsətəkləyir. – Mənim üçün çox qəribədir ki, İŞİD öz ideologiyası ilə İsraili heç vaxt təhdid etmir, İsrail də onu heç vaxt hədələmir. Bu, onlar arasındakı necəsə bir saziş kimi görünür – ola bilsin, dostluq deyil, lakin bitərəflikdir. Bu, niyə belədir? Və bu müharibədə İsrailin rolu hansıdır? -Təkcə İŞİD, ən-Nusra deyil, Suriyada öldürən və dağıdan istənilən terrorçu İsrail tərəfdən dəstəklənir. İsrail bunu bəzən dolayı yolla, bəzən də Suriya ordusunun mövqelərinə zərbə endirməklə birbaşa edir. Niyə? Çünki İsrail Suriyaya düşmən kimi baxır. Həm də Suriya cəmiyyəti və ordusu, dövlətinin istənilən zəifləməyi onlar üçün bədəli Holan təpələrinin qaytarılması olacaq sülh prosesinin irəliləməsinə imkan vermir. Ona görə də Suriya nə iləsə məşğul olarkən İsrail Holan təpələri problemi və dinc proseslə məşğul ola bilmir. O, öz torpağını qaytarmaq üçün heç nə edə bilmir. Buna görə də İsrail istənilən terrorçunu dəstəkləyir və İsraillə ən-Nusra, və yaxud əl-Qaidə ilə bağlı istənilən qruplaşma arasında heç bir ziddiyyət yoxdur. “Səudlar İranla əlaqəni kəsməyin əvəzində yardım təklif etdilər” – Əminəm ki, “inqilab” deyilən hadisəyə qədər indiki düşmənlərinizdən təkliflər almısınız. Ola bilsin, hansısa sövdələr. Onlar sizdən nə istəyirdilər? Eşitmişəm ki, Qətər Suriya ərazisindən qaz kəməi keçirmək istəyirmiş. Belədir, ya yox? – Təkliflər artıq böhrandan sonra başlandı. Çünki düşmənlərimiz böhrandan şantaj üçün istifadə etmək istəyirdilər. Onlar deməyə başladılar: onların istədiklərini etsək, bizə kömk olarlar. – Onlar sizdən nə istəyirdilər? – Böhrana qədər bizdən birbaşa istifadə etmək istəyirdilər. Bizə təklif etmir, onlar üçün əhəmiyyətli olanı etməyə inandırmağa çalışırdılar. Onda dünyanın əsas problemi İranın nüvə dosyesiydi. Tələb edirdilər ki, Suriya İranı öz maraqlarından imtina etməyə inandırsın. Fransa tələb edirdi, Səudiyyə Ərəbistanı istəyirdi ki, biz İranadan izahatsız aralanaq. Sadəcə, İrana nifrət etdiklərinə görə. – Onlar, doğrudan da, Suriyadan qaz kəməri keçirmək istəyirdilər? – Xeyr, bundan danışmırdılar, çünki bu zaman Suriya energetika sahəsində mühüm oyunçu olardı. Boru şərqdə İrandan İraq və Suriya ərazisinə və Aralıq dənizinə getməliydi. Başqa bir boru Körfəz ölkələrindən Suriya ərazisi ilə Avropaya çəkilməlidir. Düşünürəm ki, Qərb Suriyanın bu cür nüfuzlu olmasına heç vaxt imkan verməzdi, çünki Suriya Qərbin oyuncağı deyil. Düşünürük ki, bu, amillərdən biriydi, lakin bu haqda birbaşa danışılmırdı. Amma müharibənin əvvəlində səudlardan birbaşa təklif almışıq. – Bağışlayın, kimdən? – Səudlardan. – Səudlardan? – Dedilər ki, İrandan aralansaq və onunla hər cür münasibəti kəssək, mənə kömək edərlər. Olduqca sadə və birbaşa şəkildə. Xeyirlə şər arasında əsas döyüş – Müsahibələrinizdən birində deyibsiniz ki, bu, mürəkkəb müharibədir. Çünki terrorçunu öldürmək olur, lakin ideologiyanı öldürmək olmaz. Mən cəbhədə sizin zabitlərlə ünsiyyətdə olarkən dedilər ki, ölümdən qorxmayan insanla necə mübarizə aparmaq olar? Bu, onun üçün xoşbəxtlikdir, çünki cənnətdə onu 72 huri gözləyir. Bizim əsgərlər isə normal adamlardır, ölümdən qorxurlar. Ona görə də mənəvi hava eyni cür deyil. Terrorçuların döyüş ruhu yüksəkdir. Bu ideologiyanı necə öldürmək olar? – Siz haqlısınız. Bu ideoloji döyüşçülərdən və ya ordumuza qarşı vuruşan terrorçulardan danışırsınızsa, onda onlarla vuruşmağın yeganə yolu öldürməkdir. Başqa yol yoxdur. Dialoq onlara lazım deyil. Dialoq üçün heç vaxt da yoxdur. Bizə öz vətəndaşlarımızı müdafiə etmək lazımdır, buna görə də terrorçuları aradan qaldırmaq lazım gəlir. Lakin bu da kifayət deyil. Bu, videooyundakı kimidir – təzədən peyda olurlar. Bir yaraqlını öldürürsən, təzə oyun peyda olur. Özü də bu prosesin sonu yoxdur. Bütün səviyyələrdə ən önəmlisi – onların o cür güclü, lakin mötədil ideologiyası ilə əvəz etməli olduğumuz ideologiyası ilə mübarizədir. Mötədil İslamdan başqa radikal islamçılıqla mücadilə mümkün deyil. Bu, yeganə üsuldur. Lakin bunun zamana və gənc nəsillə işə ehtiyacı var. Və ən başlıcası – bütün dünya üzrə vəhhabilik ideologiyasını yeridən Səudiyyə hökumətinin, QHT-ləri və institutlarının ödədiyi pul axınını dayandırmaqdır. Sən deyə bilməzsən: mən bu ideologiya ilə savaşa və eyni zamanda onların şeyx və imamlarına mədrəsədə bu qaranlıq ideologiyanı təbliğ etməyinə yol verməyə hazırlaşıram . Bu, mümkünsüzdür, amma Avropada baş verir. Biz Avropada yaşayan müsəlmanların üçüncü və dördüncü nəslindən danışırıq, amma indi bizə Avropanın özündən terrorçular göndərirlər. Onlar bu bölgədə heç vaxt yaşamayıb, ərəbcə danışmır, Quran oxumurlar, lakin ektremistdirlər, çünki Avropa AB-də vəhhabi ideologiyasının süzgəcdən keçirilməsinə imkan verdi. – Mən Dəməşq uğrunda bu savaşda nəsə mistik bir şey hiss edirəm və bu qədər muzdlunun niyə bura gəldiyini yalnız sonralar anladım. Bir islam ilahiyyatçısı mənə izah edib ki, onlar Qiyamət gününün, xeyirlə şərin arasında baş döyüşün Suriyanın Dabik şəhərində qopacağına həqiqətən də inanırlar. Onlar buna görə də indi hazırdırlar. – Tamamilə düzgündür! Bura döyüş üçün müqəddəs bir yer kimidir. Cənnətə düşmək istəyirsənsə, Suriyadan keçməlisən. Başqa yerdə ölsən, cənnətə düşə bilməzsən. Bu, onların ideologiyasının tərkib hissəsidir. – Onlar əmindirlər ki, Suriyada həlak olsalar, dərhal cənnətə düşəcəklər? – Onlar bu cür düşünürlər. Məsələn, bəziləri inanırlar ki, nə qədər çox məsum adam öldürsələr, onda Ramazanda Peyğəmbərlə iftar açacaqlar. Buna inanırlar. Beyinlərini tamamilə yuyublar, buna görə də onları ittiham edə bilməzsən, sadəcə, avamdırlar. Əksəriyyəti tineycerdir (yeniyetmə-tərc). Onlardan sadəcə istifadə edirlər. Kürd məsələsi – ancaq referendum vasitəsilə – Kürd məsələsi haqda. Mən Qamışlıda olmuşam, bilirəm ki, onlar dövlətin ideal obrazı kimi federasiya istəyirlər. Çoxlu xalqların bir federasiyada birləşdirildiyi Rusiyadakı kimi. Suriya niyə federasiya ola bilmir? Suriya kürdlərindən heç biri mənə separatizm və yaxud müstəqil dövlətdən danışmayıb. Onlar deyiblər: biz Suriyada olmaq istəyirik, lakin muxtariyyət arzulayırıq. Bununla razısınız? Onlar ki, İŞİD-ə qarşı yaxşı döyüşçülərdir. – Gəlin, bu məsələnin müxtəlif yönlərini aydınlaşdıraq. Birincisi, bütün yerli kürdləri, həmçinin bütün erməniləri, çeçenləri, türkləri, ərəbləri nəzərə almadan onların yalnız bir qismindən danışa bilmərik. Kürdlərin əksəriyyəti muxtariyyət istəmir. Yalnız bir qismi istəyir. – Mən Dəməşqdə yaşayan kürdləri nəzərdə tutmuram… – Bəli, lakin mən hətta şimalda yaşayanları da nəzərdə tuturam. Onların ancaq bir hissəsi muxtariyyətdən danışır. Və sonra, federalizmdən və yaxud istənilən başqa bir sistemdən danışırıqsa, bu, konstitusiyanın tərkib hissəsi olmalıdır. Konstitusiya isə Suriya xalqının iradəsini ifadə edir. Buna görə də Suriyada xüsusi siyasi sistemə ehtiyac duyurlarsa, suriyalıların özlərini buna inadırmalıdırlar. Onlar bunu ancaq mənimlə müzakirə edə bilməzlər… – Nəzərdə tutursunuz ki, referendum lazımdır? – Suriyanın siyasi sistemi mənə məxsus deyil. “Bəli”, ya da “yox” deyəcək ümumxalq referendumu lazımdır. İkincisi, kürd federalizmindən danışanlar bu faktı nəzərə almırlar ki, şimalda əhalinin əksəriyyətini ərəblər təşkil edir. Ümumiyyətlə, bu halda ölkənin şimalında kürd federalizmindən necə danışmaq olar? – Amma sizin kürdlərlə təmasınız var? – Bəli, onlarla iş görür, danışıqlar aparırırq. – Onlarla danışıqlar aparırsınız? -Əlbəttə. Həmişə. Və İŞİD-ə qarşı müharibə vaxtı onlara dəstək verirdik. Sizin ordu bütün bu detalları bilir. “Qərbə həqiqət lazım deyil” – Qərbin bütün mediaları Suriya haqqında məlumatı qəribə bir təşkilatdan – “Suriya insan haqları rəsədxanası”ndan götürür, amma mən başa düşdüm ki, o, bir nəfərdən ibarətdir. – Bəli, Londonda yaşayan bir nəfərdir. – Mən bunu başa düşə bilmirəm. Qərb KİV-lərinin onu məlumat qaynağı kimi necə istifadə edə bildiyi mənim üçün şok idi. – Bəli, çünki bunu Qərb istəyir! Ona gerçək faktlar gərək deyil. Qərbçilərə onların mövqeyini irəli sürən istənilən adam lazımdır. Suriya, Ukrayna və Rusiyaya münasibətdə Qərbdə adamların beyni yaxşı yuyulub. Tərcümə Strateq.az-ındır.