MTN işində şok gəlişmə: müğənninin polkovnik əri işdən çıxarılır - ÖZƏL
Müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kimliyi məlum olub; Sözügedən şəxs Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdur... Xəbər mətbuatda dərc olunduqdan sonra Penitensiar Xidmət rəhbərliyi araşdırma aparıb və E.Əsgərovun müğənni ilə yaxınlığı barədə təftişə başlayıb.
Bu səbəbdən rəhbərlik E.Əsgərovun işdən azad edilməsi ilə bağlı qərar qəbul edildiyi iddia olunur. Yaxın günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyinatın olacağı gözlənilir.
Çünki onun adı neçə gündür ki mediada hallanır. Müğənninin bir müddət öncə Çovdarovun yaxın dostu Famil Xəlilov adlı iş adamının sifarişiylə saxlanıldığı barədə mətbuatda xəbərlər dolaşırdı.
Məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.
Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.
Daha sonra Çovdarov Şəbnəm Tovuzlunu MTN-ə çağıraraq hədə qorxu gəlib və Familin bağışladığı evi qaytarmağı tələb edib. Şəbnəm Tovuzlu Eyvaz Əsgərovla məhz həmin vaxtlarda münasibət qurub.
Eyvaz Əsəgərov nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. O, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən əvvəl 2 saylı müəssisəyə də rəhbərlik edib.
Eyvaz Əsəgərovun adı 2 saylı müəssisədə vicdan məhbusu İlqar Məmmədova işgəncə verilməsi və ona hücumun təşkilində çəkilib.
Yada salaq ki, nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov Qovlar Dəmir Yolu Stansiyasının rəisi işləyən zaman aldığı malın pulunu verməkdən imtina edirdi.
Bu barədə məlumat verən iş adamı Mricəfər Əsgərov bildirmişdi ki, stansiya rəisi ilə əlaqələri mişar daşlarının alınıb, satılması üzərində qurulub.
O qeyd edib ki, o zaman Qovlar qəsəbəsi Dəmir Yolu Stansiyasının rəisi, hazırda isə Şəmkirin Dəllər stansiyasının rəisi işləyən Əli Əsgərova mişar daşları satıb.