22.05.2014. - Bankdan dələduz müdir açıqlaması

22.05.2014. - Bankdan dələduz müdir açıqlamasıKapital Bank Kürdəmir filialı Baş Prokurorluğun bank filialının keçmiş müdirin barədə məlumatlarına aydınlıq gətirib.

Bankdan ANS-ə verilən məlumata görə, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb. "Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.
Məlumatda adı çəkilən Əlimövsüm Ağayev 6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır".

Qeyd edək ki, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.






Fikirlər