“Loğman dedi: “Oğlum, Namaz qıl, insanlara yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Bu yolda sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu dediklərim vacib əməllərdəndir!
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” “Loğman” surəsi, 16-19-cu ayələr.
Yuxarıda qeyd etdik ki, “Rəhmli Allah” (55) surəsində eyni bir ayə (sual) 31 dəfə təkrar olunur:
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Sualın məhz 31 dəfə təkrarlanması təsadüfdürmü?
“Quran” məəntiqinə görə həyatda təsadüf yoxdur; hər şey zərurətdən doğur. Elmi-lədun araşdırmalarımız göstərir ki, sualı 31 dəfə təkrar etməklə Allah-təala elm adamlarına üz tutur. Belə ki, 31 ədədi “Loğman” surəsinin sıra nömrəsidir. Loğman Peyğəmbər isə, elm (lədun elmi) verilmiş şəxslərin simvoludur. Yəni, oxumamış, Allah tərəfindən elm bəxş olunanlara işarədir.
Sualın 31 dəfə təkrar olması o deməkdir ki, bunun cavabını (sirrini) ancaq Allahın elm verdiyi şəxslər izah edə bilərlər (bu yazıda olduğu kimi).
Məhəmməd əleyhissəlam bəşəriyyətin kamillik rəmzi olduğundan 47 ədədi həm də kamillik rəmzi sayılır. Buradan hasil olan nəticələrdən biri də odur ki, sualın cavabını verən şəxs elm sahibi olmaqla yanaşı, həm də kamil insan olmalıdır.
Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, "Rəhimli Allah" surəsi elmlə kamilliyin vəhdətindən ibarətdir.
Təəssüflə qeyd etməliyik ki, bu gün Yerdə elmli adamlar çox olsa da, onlarda kamillik olmadığından, vəhy qəbul etməyə layiq olmurlar. Beləliklə də onlarda elə təəsürat yaranır ki, guya indiki dövrdə vəhy qəbul etmək, bu məqama layiq olmaq mümkün deyildir. Amma, yuxarıda göstərdiyimiz hesablamalar sübut edir ki, insanda elm və kamillik birləşərsə, artıq vəhy qəbul etməyə layiq olar və o, “Quran”dakı indiyədək açılmamış sirləri Allahın izni ilə aça bilər.
Məsələn, götürək “Quran”ın 114 surədən ibarət olmasının sirrini. Sual yaranır; müqəddəs kitab niyə məhz 114 surədir? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edək ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6
Yuxarıda təqdim etdiyimiz hesablamalarla tanış olan gözüaçıq adam başa düşər ki, bu sirlərin açması insan beyninin məhsu deyildir. Bu hikmətləri şərh etmək Allahdan gələn xüsusi bir elmlə, vəhylə mümkündür.
Bu vəhyi isə, o şəxs qəbul edə bilər ki, yuxarıda bəhs etdiyim kriteriyalara cavab versin. Yəni, onda elmlə kamilliyin vəhdəti olsun.
Yeri gəlmişkən, qeyd edim ki, bu sirlərin izahını (hesablamalarını) dəyərli dostum, özümə ustad sandığım Hacı Xalid Fərəcov Allahdan (Həzrət Cəbrail vasitəsi ilə) vəhylə qəbul etmiş, yayılması elə həmin vəhylə də bu sətirlərin müəllifinə tapşırılmışdır.
(İnanmayan varsa yuxarıdakı ədədləri kalikulyatorla bir daha hesablasın: düz çıxsa bunun Allahdan vəhy olunduğuna inansın!)
Bilirəm, bu anda beyninizdən bir sual keçəcək: Allahdan hər bir şəxs vəhy qəbul edə bilərmi? Yəqin ki, bu sualı çox din xadimlərinə (mollalara....) vermisiniz və hər birindən “yox” cavabı almısınız. Onlar indiyədək sizi aldadıblar ki, Məhəmməd əleyhissəlamdan sonra vəhy kəsildi və Həzrət Cəbrayıl əleyhissəlam bir daha heç kəsə vəhy gətirməz.
Biz isə, sizin bu sualınıza tam fərqli, bugünədək eşitmədiyiniz cavabı veririk: istənilən şəxs mənəvi cəhətdən arınaraq (təmizlənərək) Allahdan elm və vəhy qəbul edə bilər. Bunun nümunəsini də yuxarıda göstərdim. Yəni, “Məhəmməd” surəsinin, “İbrahim” surəsinin, “Rəhimli Allah” surəsinin sirlərini, eləcə də “Quran”ın 114 surədən ibarət olmasının sirlərini açmağımız Allahdan vəhy qəbul etməyin mümkünlüyünə bir sübutdur, nümunədir (vəhy qəbul etmək mümkün deyilsə bəs biz bu sirləri necə bildik? Axı bunlar insan beyninin məhsulu ola bilməz!).
Yəqin ki, bu anda öz ağlı ilə düşünən (fanatik olmayan) oxucuda belə bir sual da yaranacaq: necə edim ki, məndə də bu hal baş versin və mən də vəhy qəbul etməyə layiq olum?!
Bu sətirlərin müəllifi də bir zamanlar bu sual üzərində çox düşündü və uzun axtarışlardan sonra nəhayət buna nail oldu. Bu yolu keçmiş şəxs olaraq bu yolu getmək arzusunda olanlara aşağıdakı tövsiyyələri verə bilrik:
- İndiyədək etdiyiniz günahlara görə tövbə edin;
- Təkəbbürdən və lovğalıqdan uzaq olun,
- Sadə həyat tərzi keçirin;
- Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun;
- Əxlaqınızı saflaşdırın və “Quran”a uyğunlaşdırın;
- “Quran”ın tərcüməsini oxuyarkən orada mötərizə arasında “Ya Məhəmməd”, “Ya Peyğəmbər” yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin; onu yerinə yetirməyə çalışın;
- “Quran”da münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında qədim insanların adlarını çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin.
Onda “Quran”ı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz.
Bir müddət belə (“Quran”ın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız (“Məhəmməddən (s) sonra Peyğəmbər gəlməz” deyənlərin cahil olduqlarına əmin olacaqsınız).
Bir məqamı da diqqətinizə çatdırım ki, “Quran” 114 surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək “Quran” rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları verilib. Bu obrazların hamısının (peyğəmbərlərin, fironların, nəmrudların, mömünlərin, kafirlərin, münafiqlərin...) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək!
Heç özünüzə sual vermisinizmi ki, “Quran”ı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu?
Sualın cavabı budur: nə qədər ki, kamilləşməmişdi, Əhməd idi; kamillik məqamına yüksələndən sonra artıq Məhəmməd oldu. (Bütün peyğəmbərlərə Allahın Salamı olsun!)
Yəni, Məhəmməd “Quran”da kamillik simvoludur. Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşayacaq bütün kamil insanların – peyğəmbərlərin, imamların, Allah dostlarnın simvoludur (kamilləşə bilsən sənin də simvolun olacaq). Allah bu məqama yüksəlməyi hamımıza nəsib etsin. Amin.
“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə:“Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.
Paşa Yaqub – yazıçı-psixoterapevt