Amerikadakı enerji qəzasının sirri Quranın bağlı ayəsində gizlənir -13 ədədinin sirləri

XXI əsr başlayandan Dünyada bir çox sirli hadisələr baş verməkdədir ki, onlardan da biri Amerikanın bir həftə qaranlığa qərq olması hadisəsidir.

2003-cü ilin 13 avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən, dünyanın bu hegamon dövlətini bir həftə qaranlıqda qoyan müəmmalı enerji qəzası yəqin ki, çoxlarınızın yadındadır.

Bu sirli hadisəni elmi-lədun araşdırarkən diqqət çəkən ən maraqlı məqam “Quran”ın bağlı (mütəşabih) ayələri ilə əlaqələnməsidir. Belə ki, 
həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci (!) ayəsi (başdan saydıqda) 7-ci surənin 1-ci ayəsidir: “ƏLİF, LAM, MİM, SAD” 
Göründüyü kimi burada hərflərin sayı 13-dür. Baş verdiyi tarix də 13-dür.
 Əvvəlki yazılarımızda 13 ədədini təhlil edərkən, bunun enerjiyə bağlı olması haqda çoxsaylı faktlar sadalamışdıq (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/132245.html). 
Hadisədə diqqət çəkən digər məqam onun elm əsrinin 955-ci günü baş verməsidir. Belə ki, 955 ədədindən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq, müqəddəs kitabda tövbə və cəza rəmzi olan 555 ədədi alınar:
955 – 114 – 286 = 555
Beləliklə, baş verən sirli hadisə diqqətimizi həm “Quran”ın bağlı ayəsinə, həm də tövbə və cəzanın vacibliyinə yönəldir. 
Yeri gəlmişkən, “Quran”da 30 mütəşabeh ayə vardır ki, bugünədək mənası açılmamışdır. Bu haqda Rəbbim belə buyurur:
“Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” Quran, “İmran Ailəsi” surəsi, 7-ci ayə.
Quranın bağlı ayələrindən bəhs edən bu kəlamlardan məlum olur ki, onların mənasını Allah və bir də Onun Özünün elm bəxş etdiyi şəxslər (elmi-ladun sahibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birbaşa Rəbbimin Özündən vəhy yolu ilə qəbul etmişlər. 
Bundan əvvəlki yazılarımızda ustadım Hacı Xalidin Allahdan vəhy qəbul etməsindən bəhs edəndə bəzi oxucularım bu informasiyanı həzm edə bilmədilər və “vəhyi ancaq peyğəmbərlər qəbul edə bilər, indi belə şəxs ola bilməz” deyə, rəylər yazdılar.
Sözümüzün sübutu üçün daha bir dəlil – riyazi hesablama gətirəcəm ki, bu dəlillə mütəşabeh ayələrn mənasını anlamağın və indiki dövrdə də Allahdan vəhylə elmi-ladun qəbul etməyin mümkünlüyünü insanlar dərk etsinlər.
Qeyd edək ki, bağlı ayələr “Quran”ın iyirmi doqquz surəsinin başlanğıcında gəlmişdir. Bunu nəzərə alıb, kitab üzərində belə bir riyazi gəzişmə edək:
29-cu surə 69 ayədir; 69-cu surə 52 ayədir; 52-ci surə 49 ayədir; 49-cu surə 18 ayədir; 18-ci surə 110 ayədir; 110-cu surə 3 ayədir; 3-cü surə...  Artıq 3-cü surəyə gəlib çıxdıq və bura qədər bir-birinə riyazi yolla bağlanan yeddi surə gəldik. Bunu nəzərə alıb, 3-cü surənin 7-ci ayəsinə baxsaq, mütəşabih ayələrdən bəhs edən yuxarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik:
“Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” “Quran”, “İmran Ailəsi” surəsi, 7-ci ayə.
Bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyninin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qəbul etməklə mümkün olduğunu dərk edərik.
Bağlı ayələrin niyə məhz iyirmi doqquz surənin əvvəlində gəməsinin mənası isə, bu ədədin (29) keçən yazımızda dediyimiz kimi, həm Yer kürrəsinin, həm də qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizində insan yaşayır. Həmçinin, 29-cu surə 69 ayədən ibarətdir və 69-cu surə də “Haqq olan qiyamət” adlanır.
Yeri gəlmişkən, qeyd edim ki, Hacı Xalidin vəhylə qəbul etdiyi vacib xəbərlərdən biri də məhz qiyamət xəbəridir. Yəni, qiyamətin XXI əsrdə baş verəcəyidir ki, biz artıq bunun astanasındayıq. Televiziyanı və digər informasiya portallarını açıq gözlə izləyənlər qiyamətin əlamətlərini (qasırğalar, zəlzələlər, daşqınlar və s.) hər gün müşahidə etməkdədirlər.
Təssüf ki, heç kəs düşünmür ki, bu gün televiziyadan izlədiyi mikro qiyamət sabah onun yaşadığı yerdə də baş verə bilər. Bundan sığortalanmaq üçün mütləq tövbə etməli və Allahın qoyduğu yolla getməlidir.
Elmi-lədun yolu ilə bizə məlumdur ki, bu əsrdə baş verəcək böyük qiyamətdən qabaq lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla da Yer kürrəsi indiki murdarlıqlardan təmizlənərək, özünün kamillik dövrünə qədəm qoyacaqdır.
Rəbbim yaratdığı bəndələrin hamısının bu kamillik dövründən bəhrələnməsini istəyir. Ona görə də elm verdiyi qullarının vasitəsi ilə bəndələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə etsinlər və qiyamət günü Allahın hüzuruna üzü ağ getsinlər:
“Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin əzabının, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” “Quran”, 6:158.
Hesablamalarımız göstərir ki, Rəbbim hegamon dövlətin rəhbərlərinə və sakinlərinə həmin enerji qəzası (bir həftə qaranlığa qərq olma) hadisəsi ilə tövbə edib, doğru yola qayıtmaq üçün mesaj verirdi. Bu xəbrdarlığa məhəl qoymamağın nəticəsidir ki, Amerikada və digər ölkələrdə fəlakətlərin ardı-arası kəsilmir.
Maraqlı məqamlardan biri də odur ki, bu müəmmalı hadisələr bir çox hallarda  məhz 13 ədədi altında baş verir. Bu da təmizlənmə başa çatandan sonra insanların tanıyaraq qəbul edəcəkləri 13-cü imama işarədir. Bildiyimiz kimi, indiyədək 12 imam olub və mömünlər tərəfindən qəbul edilib. İnsanların xilaskar kimi, gözlədikləri 12-ci İmam əslində sayca və məntiqlə 13-cü olacaqdır ki, aramızda olsa da özünü büruzə verməyəcəkdir (riyazi məntiqlə bir adam və yaxud əşya bir dəfə sayılar və 12-dən sonra 13-ün gəlməsi aksiomadır). Ancaq təmizlənmə prosesi başa çatandan sonra sağ qalan 29 faiz əhali 13-cü imamın kimliyini dərk edəcəkdir.
Ümüd edirik ki, bu hikmətləri dərk edərək, insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar.
“Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi?" “Məryəm” surəsi, 98. 
Allahın qulu və carçısı: Paşa yaqub.

 






Fikirlər