5 rəqəminin Qurandakı - ŞOK SİRLƏRİ

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”

“Quran”ın 5-ci surəsinin ilk ayəsində Allah insana əhdə sadiq qalmağı,  verdiyi sözü yerinə yetirməyi tövsiyə edir:

“Ey iman gətirənlər! Əhdlərə (verdiyiniz sözlərə) sadiq olun...”. 5-ci surə, 1-ci ayə.
Sual yaranır: verdiyi sözə əməl etməyi Allah-təala insana niyə məhz 5 rəqəmi altında  (5-ci surənin başlanğıcında) bildirdi? Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur; hər şey zərurətdən doğur. Elə isə, 5 rəqəmindəki hikmətlərə və yuxarıdakı ayənin bizə ötürdüyü kodlaşdırılmış informasiyalara birlikdə nəzər salaq.
Araşdırmalarımız göstərir ki, insan anatomiyasında 5 rəqəminə bağlı bir neçə orqan vardır. Məsələn, 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və mömin şəxslər gündə 5 dəfə ibadət edirlər. 
 Bildiyimiz kimi, insan verdiyi sözə (əhdə) əməl edərkən birinci onu beyni ilə düşünür, sonra isə, əlləri ilə əməl (icra) edir. 
Maraqlıdır ki, insanın düşünən beyni 5 (!) şöbədən ibarət olduğu kimi, düşündüyünü əmələ çevirən əlləri də 5 (!) barmaqdan ibarətdir. Barmaqlarla bağlı bir hikməti də yadımıza salaq ki, Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri bir-birinə bənzəməyib. “Quran”da bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri (!) ona həmin izlərlə sübut olunacaq: 
"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" “Quran”, 75:4.
Elmi - ladun araşdırmalarımız göstərir ki, həmin barmaq izlərindən bəhs edən yeganə ayə “Quran”ın 5555 - ci ayəsidir. Yəni,  müqəddəs kitabın birinci ayəsindən başlayıb  75-ci surənin 4-cü ayəsinə qədər saysaq görərik ki, bu, 5555-ci  ayədir.
Beləliklə, “Quran”dakı saysız-hesabsız sirlərdən daha birini kəşf etmiş olduq. Belə ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir: 
"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə)
Xatırladaq ki, insan ilk dəfə saymağı məhz barmaqla öyrənir.
Bu və digər hikmətlər onu göstərir ki, “Quran”ın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur və hər birində sətiraltı, rəqəmlərlə kodlaşdırılmış mesajlar vardır. 
“Quran”da əllərdən bəhs edən surələrdən biri də “Əbu-Ləhəb” (111) surəsidir. Surənin birinci ayəsində pis əməlləri (!) müqabilində Əbu Ləhəb haqda hökm oxunur:
“Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” 111:1.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Əbu Ləhəbin əllərindən bəhs edən 111-ci surə də cəmi 5 (!) ayədən ibarətdir. 
Digər maraqlı məqam surənin hasili ilə bağlıdır. Belə ki, surənin nömrəsini (111) ayələrinin sayına (5-ə) vurduqda 555 ədədi alınır:
111 x 5 = 555
Ötən yazımızdakı hesablamalardan məlum olduğu kimi 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır (bütün təbi fəlakətlərin və təyyarə qəzalarının hesablaması bu ədədə bağlanır). 
Bu hikmətlərlə tanış olduqdan sonra düşünürəm ki, artıq yazının əvvəlində təqdim etdiyimiz: “Ey iman gətirənlər! Əhdlərə (verdiyiniz sözlərə) sadiq olun...” ayəsinin və Əbu Ləhb haqdakı hökmün niyə məhz 5 (!) rəqəmi altında verilməsinin sirrini anlamış oldunuz: verdiyi sözə əməl etməyənlərin aqibəti Əbu Ləhəbin aqibəti kimi ola bilər!
Odur ki, əməllərimizə diqqət edək. Çalışaq ki, barmaq izlərimiz ancaq gözəl əməllərin üzərində qalsın. Çünkü, hansı vəzifədə işləməyimizdən aslı olmayaraq, bir gün mütləq əməllərimiz araşdırılacaq (qarşımıza qoyulacaq)!
“Bu elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”.  Quran. 
Paşa Yaqub – tədqiqatçı-yazıçı

 






Fikirlər