Mendeleyev cədvəlinin düzülüşü quranın düzülüşü ilə eyni pirinsipə malikdir -KƏŞF

"...Rəbbim hər şeyi elmlə ehtiva etmişdir"  Quran, 6:80.

“Quran” bütün kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə, kimyəvi elementlərin birləşməsindən yaranmışdır. Maraqlıdır ki, müqəddəs kitabda surələrin düzülüşü ilə, kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır.
Araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir.
Belə ki, Quranın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca, surələr sərtləşməyə doğru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir.
Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. 
Bundan başqa, surələr ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır. 
Mendeleyev cədvəlində bu hal eyni elementin ikili  (həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü göstərir.
Yeri gəlmişkən qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) aslı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir.
Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”ı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Rəbbimin bir hikmətidir.
Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar.
 Məsələn, “Quran”ın 24-cü surəsi olan “Nur” surəsinin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır. 
Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur. 
Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə  işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir:
64 – 52 = 12
“And olsun ki, Biz Quranı ibrət almaq  üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!”“Quran”, “Ay” surəsi, 32.
Məlumdur ki, müqəddəs kitabda “Dəmir” surəsi də vardır və burada Dəmir elementindən bəhs edərək buyrulur:
“ Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik ...”. “Dəmir” surəsi, 25-ci ayə.
“Dəmir” surəsi ilə dövrü cədvəldəki  Dəmir elementi arasında olan riyazi əlaqəyə birlikdə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir” surəsinin ayələrinin cəmini göstərir: 
 
55 – 26 = 29
Yaxud, Allah-təalanın Öz adına olan “Rəhimli Allah” (55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq: 
Seziumun nisbi atom kütləsi olan 133 ədədindən sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhimli Allah” surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir: 
133 – 55 = 78
Moderator.az-dakı keçən yazımda 13-cü (“Göy gurultusu”) surəni şərh edərək, bunun bir enerji prosesi olduğunu və energetika (!) sənayesinin özəyini təşkil edən Alminium elementinin də 13-cü xanada yerləşməsinin təsadüf olmadığnı çoxsaylı hesablamalarla təqdim etmişdim (bax: http://www.moderator.az/news/132245.html )
Quranın 16-cı surəsi "Bal arısı" adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, Rəbbim onun adına olan surəni də bu ədədlə nömrələnməsinə qərar vermişdir. Bal -  arının gülə olan məhəbbətindən yarandığından, həm qərbdə, həm də şərqdə MƏHƏBBƏT rəmzi sayılır. Bu baxımdan 16 rəqəmi də Quranda məhəbbət rəmzi sayılır.
Bu hikmət özünü Mendeleyev cədvəlində də biruzə verir. Belə ki, məhəbbət yandırıcı hiss olduğundan, bu hiss "yanmaq", "alovlanmaq" sözü ilə ifadə olunur. Maraqlıdır ki, yandırıcı element olan Kükürd də kimyəvi elementlərin dövri sistemində 16-cı (!) xanada yerləşir.
İnsan cəmiyyətindəki məhəbbətdə iki tərəf iştirak edir. Biri olmasa, o biri "yanmaz". Deməli məhəbbətin yaranması üçün mütləq iki "16" lazımdır.
Kimya elmində də eynən belədir: 16-cı element olan Kükürd təklikdə yanmır. Onun yanması üçün mütləq Oksigen lazımdır. Burada diqqət çəkən ən maraqlı məqam odur ki, Oksigenin də atom kütləsi 16-dır ki, bu da məhəbbət rəmzidir. 
 
"Biz hər şeyi sayıb yazmışıq".  “Quran”, 78:29. 
Məhəbbət insana yaşamaq həvəsi, enerji verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da məişətimizə enerji mənbəyi (akkumlyator) kimi daxil olub. Maraqlıdır ki, bu birləşmədə Kükürdün elektronları 2 - 8 - 6 formasında yerləşir ki, bunları da bütöv oxuduqda “Quran”ın səhifələrinə (286) işarədir (“Quran”ın 286 səhifədən ibarət olması barədə əvvəlki yazılarımda bəhs etmişəm).  
Enerji mənbəyi olan Sulfat turşusunun elektronlarını cəmləsək: 
2 + 8 + 6 = 16
 Alınan 16 ədədi yenə də insana enerji verən məhəbbətin  rəmzini göstərir. 
Buradan aydın olur ki, “Quran” əslində insanlara məhəbbət aşılayır.
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21.
Arının gülə olan məhəbbətindən BAL yarandığı kimi, insanların da məhəbbətinin nəticəsində BALa yaranır və hər ikisi şirindir. "Bala baldan şirindir" məsəli də bu hikmətdən qaynaqlanır.
 Rəbbim bal arısını həm də insanlara ailə, ordu və dövlət qurub, idarə etmək üçün gözəl bir nümunə yaradıb.
Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu ylda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.
Qeyd edim ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına Quranda surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. (31 ədədinin hikmətlərindən sonra bəhs edəcəm.) Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.
 Bir vacib məqamı da diqqətinizə çatdırım ki, məhəbbət hissi insanın ürəyində deyil, ağ ciyərində yerləşir. Bu səbəbdən də güclü sevən və yaxud sevdiyi şəxsi itirən insanın adətən sinəsi göynəyir.
 Hamınıza bol-bol sevgi məhəbbət, həyat eşqi arzulayıram. Çünkü Rəbbim buyurur: 
"SİZ BİRİ-BİRİNİZİ SEVİN Kİ, MƏN DƏ SİZİ SEVİM". 
Söz ardı: elmi-lədunla məşğul olmağa başlayarkən, elementlərin dövri cədvəlinin kəşf olunma tarixini də araşdırdım. Kimya elmindən bəhs edən ədəbiyyatlarda göstərilir ki, Mendeleyevdən qabaq yaşamış bir çox görkəmli alimlər bu cədvəli tərtib etməyə çalışsalar da nəticə əldə edə bilməmişlər.  Mendeleyev də öz dövründə kimya elminə böyük tövhə verəcək bu cədvəlin üzərində uzun müddət  fikirləşmişdir. Nəhayət, o, Bakıda (!) Nobel qardaşlarının neft laboratoriyasında çalışarkən yuxuda bu cədvəl ona göstərilmişdir (vəhy yolu ilə beyninə həkk olunmuşdur). Səhər oyananda yuxuda gördüyü cədvəli olduğu kimi kağıza köçürmüşdür. Ancaq cədvəldəki bəzi sirli suallara cavb verə bilməmişdir. 
Maraqlıdır ki, cədvəldəki sirlər və elmentlərin düzülüşünün “Quran”ın düzülüşü ilə eyni prinsipə malik olması da bu sətirlərin müəllifinə Bakıda (!), həm də yuxuda olarək (Mendeleyevə öyrədilən kimi) öyrədilmişdir. 
"...Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu bilməz!" "Yusif" surəsi, 68.
Paşa Yaqub – tədqiqatçı-yazıçı
 






Fikirlər