Tövbə surəsi niyə "Bismillah"sız başlayır?- 9 rəqəminin sirləri

“Biz hər şeyi sayıb yazmışıq” “Xəbər” surəsi, 29.

Bildiyimiz kimi “Quran”da 114 surə vardır və 9-cu surə (“Tövbə”) istisna olmaqla, qalan 113 surənin hamısı “Bismillah”la başlayır. Onu da qeyd edim ki, “Qarışqalar” surəsinin 30-cu ayəsində  “Bismillah” kəlməsinin keçməsini nəzərə alsaq görərik ki, bu kəlmə müqəddəs kitabda əslində 114 dəfə keçir:
“O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır)”. “Quran”, 27:30
Sual yaranır: niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır? 
Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq.  Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır. 
Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan  XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: 
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.
Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). 
Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda  baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. 
Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik (yazını bu linkdən  oxumaq olar: http://www.moderator.az/news/151167.html ) 
 Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. 
Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası  22(0)  sümüyün birləşməsindən yaranmışdır ki,  (Sıfır məna bildirmədiyindən mötərizəyə aldıq.) bunlardan 22-si başdadır. 
Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir.
22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir.  Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0)  voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Bunu insanın daxilində (xislətində) olan vicdanla müqayisə etmək olar.  
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.
 Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya (ziyana, qəzaya) məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır.
Dünyada baş verən təbiət hadisələrini, kataklizmləri təhlil ederərkən aydın görmək olur ki, 13-cü ildən başlayaraq Yerdə ildırımla bağlı fəlakətlər (ildırım vurmaları) çoxalmışdır. Bu da təsadüfü deyildir.  Belə ki, “Quran”da ildırımdan bəhs edən surə (“Göy gurultusu”) 13 ədədi ilə nömrələnmişdir. Bu səbəbdən də 13 ədədi Quranda ildırım, cəza rəmzidir. Hesablamalarımız göstərir ki, biz tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən, onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə qəzalar və həyacanlı hadisələr (o cümlədən ildırımvurmalar) getdikcə intensivləşməkdədir.  Bunu aşağıdakı düstur da sübut edir:
22 - 9 = 13 
Oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn (9, 19, 29, 39, ......109)   surələrə cəlb etmək istəyirik.
Bunun üçün “Quran”ın 114 surədən ibarət olmasının sirrinə nəzər salaq. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109)  surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən  555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 
669 – 555 = 114
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab  mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6
Xatırladım ki, ötən yazılarımızdan birində Bakıdakı yaşı min illərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında olan qalanın kodları ilə “Quran”ın 9-cu surəsinin kodları üst-üstə düşür  (yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/133955.html  )
Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə:
32 - 23 = 9 
Onu da qeyd edim ki,  Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır.
Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin  hamısının  555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:
159 + 951 = 1110
258 + 852 = 1110
357 + 753 = 1110
456 + 654 = 1110
1110 ədədi isə, 555 ədədinin iki mislidir.
Qalanın tikilişində  diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. 
Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94.
Paşa Yaqub – tədqiqatçı-yazıçı

 






Fikirlər