“And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 32.
“Quran”ın 36-cı surəsi “YA SİN” adlanır. Elmi-lədun araşdırmalarımız sübut edir ki, müqəddəs kitabın nömrələnməsi təsadüf olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bunu sübut edən bir neçə məqaləmizi əvvəllər moderator.az saytından oxumusunuz. Bu yazımızda isə, “Ya Sin” surəsinin sıra nömrəsi (kodu) olan 36 ədədini araşdıracağıq. Qeyd edim ki, İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir.
Bildiyimiz kimi kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Maraqlıdır ki, hər iki sistemdə enerjinin paylanması 36 ədədinə bağlanır.
Məsələn, kamil insan olan peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq:
Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır (YA SIN).
Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur.
Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür.
Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir.
Bildiyimiz kimi transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür.
Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur.
İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməz! (Xatırladım ki, Həzrət Cəbrail Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda – Hira dağında nazil olardı.)
Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların tutumuna uyğun – 220-yə çevirərək, ötürürlər.
İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər.
İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur.
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb!
Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirik. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri də anatomic və bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir?
Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar.
Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir:
“Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!” 94:1.
Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, insanın anatomik quruluşunun 22(0) sümüyün birləşməsindən yaranmasını anatomiya elmi sübut etmişdir (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq). Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, bu 22(0) sümüyün 22-si başdadır.
Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir.
Vicdan insanın daxili transformatorudur
Yeri gəlmişkən, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirəm. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Bunu insanın daxilində olan vicdanla müqayisə etmək olar.
Belə ki, Quranın 9-cu surəsi “Tövbə” adlanır və yeganə surədir ki, "Bismilah"sız başlayır. Səbəbi odur ki, Bu surə yuxarıda söhbət açdığım 22-ci (Həcc) surənin davamıdır. Sözümün sübutu üçün deyim ki, 9-cu surənin ilk üç ayəsini oxuduqda görürük ki, bu gün Qurban bayramı - HƏCC günü olduğu qeyd olunub və doğru yolda olmadıqları insanların nəzərinə çatdırılır. Həmçinin, insanlara TÖVBƏ etmək tövsiyyə edilir...
Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Necə ki, fizikada 220 gəlib cihazın daxilində 9-a çevrilir...
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.
Əgər insan fizikanın (yuxarıda qeyd etdim ki, Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya (ziyana, qəzaya) məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır.
Dünyada baş verən təbiət hadisələrini, kataklizmləri təhlil ederərkən aydın görmək olur ki, 13-cü ildən başlayaraq Yerdə ildırımla bağlı fəlakətlər (ildırım vurmaları) çoxalmışdır. Bu da təsadüfü deyildir. Belə ki, “Quran”da ildırımdan bəhs edən surə (“Göy gurultusu”) 13 ədədi ilə nömrələnmişdir. Bu səbəbdən də 13 ədədi Quranda ildırım, cəza rəmzidir. Hesablamalarımız göstərir ki, biz tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən, onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə qəzalar və həyacanlı hadisələr (o cümlədən ildırımvurmalar) getdikcə intensivləşməkdədir. Bunu aşağıdakı düstur da sübut edir:
22 - 9 = 13
Bütün bunlardan sığortalanmağın yolu TÖVBƏDƏN (9) keçir. Artıq neçə illərdir ki, mən bu fiziki qanunauyğunluğa riayət edirəm və mənə inananlara da bunu tövsiyyə edirəm. Allah sizləri qorusun!
Paşa Yaqub – tədqiqatçı-yazıçı.