Hitler və Stalin Şərqi Avropanı necə bölüşdürüb? — Tarixin gizlin sənədləri

Hitler və Stalin Şərqi Avropanı necə bölüşdürüb? — Tarixin gizlin sənədləri

Almaniya və SSRİ arasında dostluq və sərhədlərə aid imzalanmış müqavilədən 77 il ötür. 1939-cu ilin 28 sentyabr tarixində Almaniya və SSRİ Şərqi Avropada təsir dairələrini tam olaraq bölüşdürdülər.

Ölkə.Az bu gün oxucuları ilə 77 il əvvəl baş vermiş anlaşmanı işıqlandıracaq.

1939-cu ildə Polşa Almaniya və SSRİ tərəfindən mühasirəyə alınmışdı. SSRİ-nin xarici işlər üzrə xalq komissarı Vyaçeslav Molotov və Almaniyanın xarici işlər naziri İoahim fon Ribbentrop yeni müqavilə imzaladılar. Bu müqavilə eyni ilin avqust ayında imzalanmış paktın əlavəsi idi.

Danışıqlar sovet tərəfinin təşəbbüsü ilə başlamışdı və üç gün Moskvada müzakirələr keçirildi. Polşanın mühasirəsi və sonrakı hadisələr danışıqlar üçün formal səbəb idi. Bu müddət ərzində Qızıl Ordu qüvvələri Qərbi Ukrayna və Qərbi Belarusiyada xilasetmə əməliyyatlarına davam edirdi.

Əslində isə yeni danışıqların keçirilməsinə səbəb Almaniya tərəfinin Litvaya olan iddialarından əl çəkməməsi idi. Əgər Almaniya Litvada iddialarından əl çəksəydi əvəzində SSRİ bir müddət əvvəl ələ keçirdiyi Varşava və Lyublinskdən imtina etməyə hazır olduğunu bildirirdi.

Bəzi dövlətlər, məsələn Estoniya artıq yaranmış vəziyyətdən çıxış yolu olmadığını başa düşmüşdü. Bu səbəbdən 1939-cu ilin 28 sentyabr tarixində rəsmi Estoniya ərazisində sovet hərbi bazalarının yerləşdirilməsinə razılıq verdi.

Qarşılıqlı yardımlaşma barədə müqavilə imzalananda İosif Stalin Estoniyanın xarici işlər naziri Karl Selterə deyir: “Polşa böyük dövlət idi. İndi hanı bəs Polşa?”

Müqaviləyə əsasən, sovet qoşunları Estoniya ərazisində yerləşdiriləcək və eston ordusuna güzəştli yardım əsasında həm silah, həm də digər hərbi təchizat verilməli idi.

Məxfi protokollar

28 sentyabr tarixində alman-sovet danışıqları da uğurla başa çatır. Qəzetlərdə isə razılaşmanın mətni dərc edilir. Mətnə uyğun olaraq xəritə də tərtib edilir.

Bununla belə, tərəflər bir etibarlı və iki məxfi protokol imzalayır. Etibarlı protokola əsasən, Almaniya belarus və ukraynalıların öz maraq dairələrindən sovetlərin maraq dairəsinə keçməsinə mane olmayacaq. Öz növbəsində də SSRİ söz verirdi ki, alman əsilli şəxslərin Almaniyaya və ya bu dövlətin maraq dairəsinə köçməsinə maneə yaratmayacaq. Maraq dairəsi deyəndə isə hər iki dövlətin yeni xəritədə qeyd edilmiş sərhəd xətti nəzərdə tutulurdu.

Birinci məxfi sənədə əsasən, Almaniya və SSRİ-nin nəzarəti altında olan Polşa ərazisində bu dövlətlərdən hər hansı birinin əleyhinə yönəldilmiş təbliğat aparmaq qadağan edilirdi.

Moskvadan yola düşən Almaniyanın xarici işlər naziri Ribbentrop belə bir bəyanatla çıxış edir: “Mənim Moskva səfərim, təəssüflər olsun ki, yenə də qısa müddətli idi. Ümid edirəm ki, növbəti səfərimdə bu şəhərdə bir az çox qalacam”.

İkinci məxfi müqavilə isə nüfuz dairəsinin bölünməsinə aid idi: “SSRİ hökuməti maraqlarını qorumaq üçün Litva ərazisində xüsusi tədbirlər həyata keçirsə, alman-litva sərhədi belə nizamlanmalı idi: xəritədə göstərilən, sərhəd xəttindən cənubi-qərbdə yerləşən Litva ərazisi Almaniyanın ərazisinə daxil edilməli idi”.

Beləliklə də, Şərqi Avropanın bölüşdürülməsi faktiki olaraq başa çatmış sayılırdı. Böyük Vətən Müharibəsinə, yəni 1941-ci ilin 22 iyun tarixinə hələ 2 il var idi. Estoniya, Latviya və Litva sovet sosialist respublikalarının yaradılmasına isə lap az qalmışdı.

Almaniya və Sovet hökumətlərinin müştərək bəyanatı SSRİ-nin ikinci dünya müharibəsindəki gələcək müttəfiqləri tərəfindən pislənmişdi:

“Hökumətlər qarşılıqlı razılıq əsasında fikirlərini bildirirlər ki, bir tərəfdən Almaniya, digər tərəfdən İngiltərə və Fransa arasında müharibə bütün xalqların maraqlarına cavab vermir. Bu səbəbdən hər iki hökumət nəzərdə tutulan məqsədə nail olmaq üçün ehtiyac yarandığı halda digər dost ölkələrlə razılq əsasında səylərini artıracaqlar. Əgər hər iki dövlətin səyləri uğursuz alınsa, bu zaman İngiltərə və Fransanın müharibənin davam etməsinə görə günahkar olduğu faktı təyin ediləcək. Almaniya və SSRİ hökumətləri isə müharibənin davam etməsi üçün lazım olan bütün məsələlərdə bir-biri ilə məsləhətləşəcək”.

 






Fikirlər