“BİZ BU BATAQLIĞI QURUTMALIYIQ!” – Putin indi də Qərb demokratiyasının arxasınca DÜŞÜB!
Demokratların milli komitəsinin və Hilları Klintonun seçki qərargahının kompüterlərinin rusiyalılar tərəfindən “sındırılması” əsas etibarı ilə ciddi təhlükə kimi deyil, adi xəbərlər kimi qəbul olundu. Ancaq hazırda bu problem başqa ölkələrə yayılması baxımından getdikcə daha çox aktuallaşmağa başlayıb. ABŞ-ın demokratik milli komitəsindən oğurlanmış sənədləri dərc edən “Wikiliks” saytı bu həftə Fransa prezidentliyinə namizədlər Fransua Fiyon və Emanuel Makrone barəsində materiallar dərc edib. Amerika xüsusi xidmət orqanları “Wikiliks” ilə Rusiya dövləti arasında dəqiq əlaqəni aşkarlayıb. Biz ehtimal etməliyik ki, Rusiya bu saytdan Putinin başlıca rəqibi Angela Merkelə qarşı da istifadə edəcək. Sentyabr ayında Almaniyadakı seçkilərdə Merkelin qarşısında ifrat sağçı “Almaniya üçün alternativ” partiyası dayanacaq. Lakin Rusiyanın fəaliyyətlərində daha dərin məna yatır və buna azad dünyanın diqqət göstərməsi lazımdır. Rusiyanın hərəkətləri daxili siyasətlə bağlı qanunverciliyə və seçkilərin formalaşmasına sakitcə və gizlincə təsir etməkdir. ABŞ-ın prezident seçkilərindəki uğurdan sonra Vladimir Putin öz opponentlərini xəbərdar edib ki, ona qarşı gəlməyə cəhd onlara baha başa gələcək. Çünki ictimai diskusiyanın zəhərlənməsi məqsədi ilə Rusiya tərəfindən oğurlanmış və ya yalançı məlumatların yayılması mexanizmi heç yana getməyib. Həmin mexanizm beynəlxalq və ya daxili siyasət məsələlərində istənilən anda yenidən işə salına bilər. Tramp Putin rejimi ilə ABŞ arasında hansısa mənəvi bərabərlik qoymasını əyani şəkildə nümayiş etdirir. Bu keçmişdəki siyasətdən imtina deməkdir. Bizə qarşı Rusiyanın necə durduğunu artıq müzakirə etmirik, indi biz bunun əvəzinə soruşuruq ki, görəsən Rusiya ilə ümumiyyətlə qarşıdurmaya gərək varmıdır. Onda bu Putinin böyük qələbəsidir. Tramp və vitse-prezident Mayk Pens də həmçinin sanksiyaların saxlanılmasının vacibliyi barəsində qeyri-müəyyən mövqe tuturlar. Lakin Trampın nümunəsi məlum dərəcədə aldadıcıdır. Xaricdəki daşınmaz əmlaka investisiya qoymaq istəyindəki rusiyalı oliqarxlar Trampın maliyyə imkanlarının inteqral hissəsindən birinə çevriliblər. Digər yandan isə Trampın seçkilərdəki qələbəsində Putinin rolu o dərəcədə mühüm olub ki, onun Rusiyaya dostluq hissləri nümayiş etdirməsini tamamilə anlamaq olar. Biz belə düşünə bilərik ki, Tramp xüsusi bir haldır və həm onun prezidentliyi və həm də ki, Rusiya problemi müvəqqəti xarakter daşıyır. Amma bu belə deyil. Sənədləri oğurlamaq, çoxlu pul xərcləyərək yalançı xəbərlər yaratmaq və sonradan onları yaymaq kimi xöşəgəlməz fəaliyyətlər bizim siyasi sistemimizin əsaslarını sarsıtmaq imkanındadır. Əgər Rusiya Pribaltika ölkələrinə soxularsa, onda Rusiyanın qəzəbindən ehtiyat edən konqresdəki siyasətçilər tərəfindən ABŞ-ın buna qarşı cavabı dəfn edilməyəcək ki? İnanılmaz səslənsə də, Respublikaçılar partiyası yay aylarında Ukraynaya yardım olunması barəsində platformasını sirli şəkildə dəyişdi. Ona görə də biz tədbirlər görməliyik və bizim siyasi sistemimizi bürüməmişdən xeyli əvvəl Rusiyanın və ya digər xarici ölkələrin təsirlərini kökündən qazıyıb çıxarmalıyıq. Birinci olaraq Amerika və Avropa liderləri Trampın Rusiyaya tətbiq olunmuş sanksiyaları yumşaltma cəhdinə qarşı qətiyyətlə etiraz etməlidirlər. Aydın şəkildə izah etmək lazımdır ki, kiber məkan vasitəsilə bizim seçkilərə qarşı hücumların təşkil olunması proporsianal və sərt şəkildə cavablandırılacaq. İkincisi, bütün demokratik hökumətlər seçki sisteminin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçirməlidir. Burada söhbət təkcə seçki məntəqlərinin qorunmasından yox, eyni zamanda siyasi partiyalar və onların liderlərinin müdafiəsinin vacibliyindən də gedir. Mühüm olan məsələlərdən biri də bizim seçkilərə müdaxilə etməkdə Rusiyaya yardım göstərənlərin ciddi şəkildə cəzalanmasıdır. Görünür ki, Trampın köməkçiləri də bu işdə az rol oynamayıblar. “Facebook” və “Twitter” mətnlərə diqqət edərək sayıqlıqlarını itirməyiblər. Biz, həmçinin Rusiya dövləti tərəfindən dəstəklənən “Russia Today” (hazırda daha az şəffaf olan “RT” adı altında fəaliyyət göstərir) saytının internetdə irəliləməklə öz auditoriyasının sayını daha da artıra bildiyinin şahidi oluruq. Bu gün qanun “The New York Times” və dövlət təbliğatı aparan “Russia Today” və ya “China Daily” arasında fərq qoymur. Çox təəssüf ki, sosial şəbəklərin filtirasiya edilməyən təbiəti elə anlama gəlir ki, əksər amerikalılar onlar arasında fərqi görmürlər. Nəhayət, biz seçilmiş nümayəndələri bu problemlərə reaksiya verməyə güclə də olsa məcbur etməliyik. Xarici müdaxiləyə qarşı mübarizəni seçki kampaniyasının mühüm tərkib hissəsinə çevirmək mütləq vacibdir. (“The Guardian”)
Liberal demokratiyanın yaşaması üçün, Trampın sözləri ilə desək, biz bu “bataqlığı qurutmalıyıq”. Bizdən ictimai həyatımızı məhv etmək istəyən xarici rəqiblərimizin imkanlarının dağıdılması tələb olunur.