“Türkiyə qana boyanacaq, liderlərin qadınları və uşaqları məhv olacaq” – DƏHŞƏT SSENARİSİ
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin həbsxanalarda olan təşkilat üzvlərinə şifrəli mesajlar göndərib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, pirat radio yayımı vasitəsilə verilən mesajlar kəşfiyyat qurumları tərəfindən müəyyən edilib. Mesajlardan birinə aprelində 16-da Konstitusiyaya dəyişikliklər üzrə keçirilməsi nəzərdə tutulan referenduma toxunulub. Bu mesajda Konstitusiyaya dəyişiklik qəbul olunacağı halda, dəhşətli ssenarilər proqnozlaşdırılır: “Səbr edin, Peyğəmbər əfəndimizin müjdəsi var. Qurtuluşumuz yaxındır. Siyasi liderlərin qadınları və uşaqları tələf olacaq. Fətullah xocaəfəndi sizi mükafatlandıracaq. Türkiyə qana boyanacaq. Əsl gücümüzü hələ görməyiblər. Üstlərinə bombalar yağacaq”. Məlumata görə, kəşfiyyat həbsxana səlahiyyətlilərini mövzu ilə əlaqədar məlumatlandırıb.