04.09.2014- M.Mərdanovun xalası oğlu işdən qovuldu – KORRUPSİYA

04.09.2014- M.Mərdanovun xalası oğlu işdən qovuldu – KORRUPSİYATəhsil naziri Mikayil Cabbarov Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktorunu işdən qovub.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, nazirliyin araşdırmaları nəticəsində Novruz Dəmirov barədə ciddi faktlar ortaya çıxıb. Onun bir neçə ay əvvəl bir xanımdan 15000 manat alaraq kollec təhsili olan diplomu ilə müəllim kimi işə götürüb.
Bundan başqa daha bir ədəbiyyat müəllimini də rüçvət alaraq işə qəbul edib. Lakin araşdırmalar zamnani bu faktlar ortaya çıxdığı üçün müəllimlər işdən uzaqlaşdırlıb və yəqin ki, Dəmirov onlarin pulunu qaytarmalı olacaq. Məlumata görə, hələ komissiya gimnaziyada yoxlamanı davam etdirir.
Ötən il Hesablama Palatası Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında 300000 manat yeyinti faktı ortaya çıxarıb. O zaman Novruz Dəmirov bu pulu ödəmişdi.
Məlumat üçün bildirək ki, Novruz Dəmirov eks Təhsil naziri Misir Mərdanovun xalası ogludur və onun həbsi gözlənilir…






Fikirlər