Devlet Bahçelinin gənclik hekayəsi - Niyə EVLƏNMƏYİB...

Hazırda Türkiyənin əsas siyasi partiyalarından biri olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin çox maraqlı həyat hekayəsi varmış. Bilindiyinə görə, MHP lideri ailə qurmayıb. Professor doktor Rza Ayhan Bahçeli ilə bağlı maraqlı məlumatlar açıqlayıb.

Modern.az saytının məlumatına görə, Rza Ayhanın Bahçeli haqda bunları deyib.
“Son dərəcə yaraşıqlı və təmiz geyinən biri idi. Biz çox zaman ona zarafatla deyərdik ki, “hocam, evlənsəniz, bizim də önümüz açılardı”. O da zarafatla cavab verərdi ki, “mənim həyatım bəlli deyil, ya ocağa gedirəm, ya partiyaya, mənim artıq şansım yoxdu”.
O, həyatını partiyaya verdi, şəxsi hayatına vaxt ayırmadı”.
Amma Bahçeli haqqında başqa bir hekayə də var. Devlet Bahçelinin evlənməməsinə səbəb zamanında birini çox sevməsi olub. 
Belə ki, 1960-cı illərdə Bahçeli indiki adı Qazi Universiteti olan Ankara İqtisadi və Ticarət Elmlər Akademiyasında təhsil alanda solçu bir qadına aşiq olur. Qarşılıqlı sevgiyə qızın atası qarşı çıxıb “mənim ülküçüyə veriləcək bir qızım yoxdur” deyir. Qız Bahçeliyə qaçmagı təklif etsə də o, “atanın xeyir-duasını almadan olmaz” deyir. Sonuc olaraq evlənə bilməyən aşiqlər bir-birlərinə ömürlərinin sonuna qədər ailə qurmayacaqlarına dair söz verirlər. 
Qadın indi İngiltərədə yaşayır və evlənməyib. 
Yazar Oğuzhan Çingizin qələmə aldığı “Türkmen Beyi Devlet Bahçeli” kitabında MHP liderinin özəl yaşamına dair detallı bilgilər yer alır. 
Bahçeli bildirib ki, evlənməməsi qismət məsələsidir və peşman deyil. “Amma ailə qursam, daha yaxşı olardı”. 
Sevdiyi qızla bağlı sualı isə cavablandırmayan siyasətçi özəl həyatıyla bağlı danışmağı xoşlamadığını deyib.






Fikirlər