“400 min hələ azdır və daha çox olmalıdır" - Deputatdan məmur qızının TOYUNA REAKSİYA

Millət vəkili Fazil Mustafa Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselə 400 min dollarlıq toy etməsinə münasibət bildirib.

 AzerTaym.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında qeyd edib ki, aşağı vəzifələr iki cür olur:
"Biri var sadə idarə rəhbəri, biri də var lift idarəsinin rəhbəri. Özünüzdə görürsüz ki, lift hər zaman qalxan olur. Deməli, bu qurumun rəhbəri də yüksək təbəqəli məmur sayılır. Ona görə də təşkil etdiyi mərasimin də qiyməti baha olmalıdır. 400 min hələ azdır və bu, daha çox olmalıdır. Sözügedən məmur düzəltdiyi liftlərlə nə qədər mərtəbə qalxırsa, o qədər də pul xərcləmək haqqına sahibdir”.
F.Mustafa qeyd edib ki, kiminsə xeyir işinə qarışmağı ümumiyyətlə düzgün saymır: 
"İnsanlar gərək təvazökar və sadə olsun. Bu formada xeyir məclislərinə yanaşmaq həqiqətən də üzücüdür. Nə olar imkanın var?! Məmurlar da gərək bunu nəzərə alsınlar.
Ümumiyyətlə, bu cür təmtəraqlı mərasimlərin keçirilməsini yanlış hesab edirəm. Bu baxımdan da bu məsələnin ictimailəşdiriməsi başqalarına da bir ibrət olar ki, bunu təkrarlamasınlar”.
"Bakı Lift İdarəsinin baş direktoru əmək haqqısı bu cür toy etməyə çatırmı?” sualımıza isə millət vəkili belə cavab verib:
"Ölkədə məmur maaşı o qədərdə yüksək deyil. Hər halda 1000 manatdan çox olmaz. Bakıda liftlərin bərbad vəziyyətdə olduğunu nəzər alıb, bu məsələni parlamentdə qaldırmaq olar”.






Fikirlər