QƏTƏRİN TƏCRİDİ BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQDIRMI? – Tramp administrasiyası ÜÇÜN SINAQ
1914-cü ildə Sarayevo, 2017-ci ildə isə Doha? Biz, Birinci Dünya Müharibəsinə gətirib çıxarmış Avstriya-Macarıstan vəliəhdinin öldürülməsi hadisəsinə bənzər tarixi anların şahidi oluruq. Lakin bu dəfə toqquşma Avropada deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) orduları ilə İran arasında baş verə bilər. Vaşinqton bu müharibəyə tərəf gedən yolun qarşısını almaq üçün çox cəld tərpənməli və qanlı döyüşlərin başlamasını gözləməməlidir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin nominal məqsədi İranla bağlı Fars körfəzi ölkələrinin fikri ilə razılaşmayan Qətəri cəzalandırmaqdır. Ər-Riyad və bir çox ərəb ölkələri qaz satışından varlanan Qətər əmirliyi ilə münasibətləri kəsiblər. Səudiyyə Ərəbistanı Qətər təyyarələrinə öz hava sahəsindən uçmağa qadağa qoyub, quru ərazisini və Qatar gəmilərinin onun sularından tranzit keçidini bağlayıb. Məsələyə istənilən hesabla yanaşsaq, deyə bilərik ki, bu, faktiki olaraq, müharibəyə bəhanədir. Müqayisə üçün deyək ki, 1967-ci ildə başlamış altı günlük müharibə zamanı Misir Ət-Tiran boğazını bağlayaraq, İsraili Qırmızı dənizə girişdən məhrum etmişdi. İran buna cavab olaraq, bəyan edib ki, lazımi ərzaq məhsulları idxal olunması üçün Qətərə özünün üç portundan istifadə icazəsini verir. Yəqin ki, Ər-Riyad və Əbu-Dabi bu jestdə Dohanın Tehran ilə “satqıncasına” əlqələrinin təsdiqini görəcəklər. İndiki vəziyyətə necə gəlib çıxılması barəsində və ya ən azından hadisələrin hansı formada cərəyan etməsindən danışılan iki variant var. Əgər Qətər hökumətinin dediklərinə inansaq, 24 may tarixində hakerlər “Qatar News Agency” rəsmi xəbər agentliyinin saytını sındıraraq, saxta xəbər yayıblar. Həmin xəbərdəki məlumata əsasən, əmir Tamim bin Həməd əl Tani deyib: ”Ərəblərin İrana münasibətdə düşmənçilik etməsinin əsası yoxdur”. Guya ki, saxta olan bu məlumat “Müsəlman qardaşları” və onun Fələstin qolu – Həmasın Qətər tərəfindən dəstəkləndiyini təsdiq edir. Bu arada isə, Səudiyyə Ərəbistanı və BƏƏ KİV-ləri başqa fikirdədirlər, onlar bu məlumatın həqiqətə uyğun olduğunu qeyd edirlər. Onlar bu hadisəyə dərhal və böyük hiddətlə reaksiya veriblər. Birinci haker hücumunun Tehran tərəfindən törədildiyi istisna edilmir. Çünki 20-21 may tarixində Ər-Riyadda keçirilən sammitdə anti-İran mövqeyi tutan iştirakçılar Tehranı dərindən qıcıqlandırıblar. 3 iyunda isə, Bəhreynin xarici işlər nazirinin “twitter”səhifəsi bir neçə saatlığa sındırılmışdı. Bəhreyn hökuməti barmağını birbaşa İrana tuşlamaq istəməsə də, bu işdə şiə müxalifətindəki fəalları günahlandırmışdı. Qətər hesab edir ki, Ər-Riyad və Əbu Dabi ona qarşı qəsd qurublar. Onların hamısı Fars körfəzi dövlətlərinin Əməkdaşlıq şurasına daxil olsalar da, çoxdandır ki, Doha ilə düşmən münasibətləri saxlayırlar. Ər-Riyad deyir ki, Qətər regionda sakitliyin pozulmasını qızışdırır. Qadınlara avtomobil sürməyə, xarici vətəndaşlara isə spirtli içkidən istifadə etməyə icazə verən Doha, səudiyyəliləri ittiham edərək bildirir ki, onların vəhabiçiliyi çox pis hörmətə malikdir. Əbu Dabi isə “Müsəlman qardaşları”nı dəstəklədiyinə görə Dohaya nifrət bəsləyir. 2014-cü ildə bu ölkələr arasında səkkiz ay sürən diplomatik böhrah yaşanıb. Amma indiki problem öz kökləri ilə 1995-ci ilə qədər gedib çıxır. O zaman Qətər şahzadəsi olan Həməd özünün heç nə ilə seçilməyən və “gözə görünməyən” atası əmir Xəlifi hakimiyyətdən uzaqlaşdırdı. Səudiyyə Ərəbistanı və BƏƏ bu ailə çevrilişində Fars körfəzi dövlətlərinin aparıcı ailələri üçün təhlükəli presedent gördülər və Həmədə qarşı fitnə-fəsad hörməyə başladılar. O dövrlərdə Dohada işləmiş bir diplomat söyləyir ki, səudiyyəlilər tayfanın bir neçə yüz nümayəndəsi ilə danışıqlar apararaq, onları Həmədi, onun iki qardaşını və həmçinin də xarici işlər və energetika nazirlərini öldürüb, köhnə əmirin yerinə qaytarılmasına təhrik etmişdilər. BƏƏ, hətta bu cəhdi dəstəkləmək üçün öz döyüş vertolyotlarını və qırıcı aviasiyasını hazır vəziyyətə gətirmişdi. Lakin sui-qəsdçilərin planı baş tutmamışdı. Belə ki, tayfanın üzvlərindən biri sui-qəsddən bir neçə saat əvvəl Həmədə xəbər vermişdi. Amma Qətərin vətəndaşlarının sayı cəmi 2 milyondur və ona görə də, bu ölkənin xüsusi mühümlüyünü izah etmək çətindir. Qətərdə yaşayan xaricilər onlara təəccüblə baxırlar. Belə ki, Dohanın şəhər landşaftında boş, lakin parlaq şəkildə işıqlandırılan göydələnlər ön səflərdə dayanıb. Buna baxmayaraq, adam başına düşən gəlirə görə, Qətər dünyada öndə gedir. Bu əmirlik təbii qaz ehtiyatına görə, dünyada İrandan sonra ikinci yeri tutur. Qətər böyük həcmdə sıxılmış qazı, Böyük Britaniyadan tutmuş Yaponiyaya kimi, müxtəlif ölkələrə ixrac edir. Orada həmçinin nəhəng “Əl Udeyd” aviabazası yerləşir və Amerikan təyyarələri buradan Əfqanıstan və İraqa döyüş uçuşları həyata keçiriblər. İndi isə bu baza Amerikanların İŞİD-ə qarşı apardığı kampaniyanın komanda mərkəzidir. 37 yaşlı əmir Təmim bu ölkəni taxt-tacdan 2013-cü ildə imtina etmiş atası Həmədin kölgəsində idarə edir. Onun üçün əsas prioritet Amerika ilə yaxşı müttəfiq kimi qalmaq və eyni zamanda da İranı qıcıqlandırmamaqdır. Bu ölkənin zəngin qaz yataqları əsas etibarıyla dənizdə yerləşir və onu Doha Tehranla bölüşdürür. Hələki, Qətər oradan İranla müqayisədə daha çox karbohidrogen çıxarır. Vaşinqton bu təhlükəli vəziyyətin həll edilməsində mühüm rol oynaya bilər. Amerikanın rəsmi nümayəndələri düşünə bilərlər ki, Qətər ABŞ və İran arasında balanslaşma siyasətini davam edəcək, amma Ər-Riyad və Doha arasındakı uzun sürən münaqişə və mübarizə Qətəri İranın qoynuna itələyə bilər ki, bu da heç kimə sərf etmir. Bu mənada dövlət katibi Reks Tillerson çox əlverişli mövqedədir. Amerikan hökumətinə gələnədək onun idarə etdiyi “ExxonMobil” şirkəti Qətər enerji sektorundakı ən böyük xarici oyunçu hesab edilir və Tillerson bu ölkədə ən mühüm qərarların kim tərəfindən verildiyini yəqin ki, yaxşı bilir. Ər-Riyad və BƏƏ, sanki bu günkü “Al-Udeydə” bazasında yerləşmiş Amerikan ordusu üçün yeni alternativ məkan kimi, özlərinin etibarlılıqlarını və yararlı olduqlarını göstərmək istəyirlər. Ancaq onların nüfuzları elə də yaxşı deyil. Hal-hazırda baş verən bu qarşıdurma təcrübəsiz Tramp administrasiyası üçün sınaqdır. Bundan bir neçə həftə öncə Ər-Riyadda kollektiv foto şəkil çəkdirilən zaman, Əbu –Dabi şahzadəsi Mühamməd Zeyd al- Nayhan Amerika prezidentinin sağ tərəfində durmaq üçün, əmir Tamimi sıxışdırmışdı. İndi Səudiyyə Ərəbistanı və BƏƏ bunun eynisini beynəlxalq arenada etməyə cəhd göstərirlər. (Foreign Policy-ABŞ)
2003-cü ildə Səudiyyə Ərəbistanı Amerikan ordusunu “Şahzadə Sultan” aviabazasından qovmuşdu. Onda Ər-Riyad 11 sentyabr hücumundan sonra özündəki islamçı eksremistlərin öhdəsindən gəlməyə çalışırdı. Əbu-Dabidə Amerikanın kəşfiyyat və yanacaq doldurma aviasiyası yerləşir. Ancaq Qətərdəki ”Əl- Udeyda” bazsasında olduğu kimi, yaxşı təchiz edilmiş komanda mərkəzi yaradılması xeyli vaxt tələb edir.