Türkiyəli sələfi Azərbaycandakı sələfiləri tənqid etdi
Səudiyyə Ərəbistanının keçmiş müftilərindən və tanınmış din xadimlərindən biri Seyx İbn Bazın tələbəsi olmuş Abdullah Yolçu çıxışında Azərbaycan sələfilərinin liderlərini kəskin tənqid edib.
A.Yolçunun sözlərinə görə, bəzi azərbaycanlıların İŞİD-ə qoşulmasının səbəbkarlarından biri də məhz bu şəxslərdir. Azərbaycanlıları hicrət adı ilə ölkəni tərk etməkdən çəkinməyə çağıran A. Yolçu ölkəmizdəki bəzi sələfiləri Səudiyyə Ərəbistanındakı fətvaları Azərbaycana da tətbiq etdiklərinə görə tənqid edib.
Bir çoxlarının fikrincə təfrikçilərin ünvanına da sərt tənqidlər səsləndirən A.Yolçu çıxışında Qamət Süleymanovu nəzərdə tutur.