Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR

Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR

Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib.

Publika.az xəbər verir ki, bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Pxenyana lazımı dəstək göstərə biləcək Çinə xüsusi diqqət yetirirdi və heç vaxt Ukrayna ilə Rusiyanı ittiham etmirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson Pxenyana Moskva və Pekinin iqtisadi dəstəyi haqqında danışsa da, Kiyevin adını çəkməmişdi.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərə oxşardır.

Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi.

ABŞ ekspertləri və hökumət müstəntiqləri öz diqqətini Ukraynanın “Yujmaş” zavodu üzərinə cəmləyiblər. Dneprdə yerləşən bu zavod “soyuq müharibə” dövründə SSRİ arsenalı üçün ən güclü SS-18 raketləri istehsal edirdi. Zavod hətta Ukrayna müstəqillik əldə etdikdən sonra da Rusiya raketlərinin əsas istehsalçısı olaraq qaldı.

Amma Viktor Yanukoviçin devrilməsindən sonra zavod üçün çətin günlər başladı və maliyyələşmədə çətinliklər yaşadı. Ekspertlər hesab edirlər zavod ötən ay Şimali Koreyanın buraxdığı qitələrarası raketlərin mühərriklərin əsas mənbəyi olub.

“Bu mühərriklərin Ukraynada istehsal olunduğu ehtimal edilir. Ehtimal ki, onlar qanunsuz alınıb. Əsas məsələ odur ki, ukraynalılar indi Koreya Xalq Demokratik Respublikasına kömək edirlərmi? Mən çox təşvişə keçirirəm” - Yelleman deyib.

O həmçinin xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəntiqləri Şimali Koreyanın altı il əvvəl Ukraynada məxfi raket texnologiyalarını oğurlamağa çalışdığını aydınlaşdırıb. Amma şimali koreyalılar əks-kəşfiyyat tərəfindən saxlanılıb.

BMT-nin hesabatında deyilirdi ki, koreyalılar raket sistemləri, maye mühərrikləri və raketlərdə yanacağın verilməsi sistemləri haqqında informasiyanı oğurlamağa çalışırdılar. Müstəntiqlər əmindirlər ki, Pxenyan son Maydan hadisələrindən sonra Ukraynada xaosdan istifadə edərək belə informasiyaları müvəffəqiyyətlə oğurlaya bilib.

Ancaq ekspertlər qeyd edirlər ki, raket mühərriklərinin texnologiyası mürəkkəb olduğu üçün Koreya Xalq Demokratik Respublikası onun çox sürətli istehsalını yenidən qura bilməz.

Ötən ayda xəbərlər yayıldı ki, “Yujmaş” zavodu texnologiyaları xaricə, xüsusən Çinə sataraq sağ qalmaq üçün mübarizə aparır. Lakin informasiya zavod rəhbərliyi tərəfindən təkzib edildi. Qeyd edildi ki, zavod zavod təhlükəli texnologiyaları Ukraynanın hüdudlarına çıxarmır və cıxarmayacaq. Amerika müstəntiqləri isə bu təminatlara inanmırlar.

Amma RD-250 mühərriklərinin Koreya Xalq Demokratik Respublikasının əlinə necə düşdüyü indiyə qədər tapmaca olaraq qalır. Yelleman “Yujmaş” ilə sıx əlaqələrə malik olan Rusiyanın “Enerqoatom” raket şirkətinin RD-250 mühərriklərinin Şimali Koreyaya ötürülmədə rolu oynadığını istisna etmir. Ekspert vurğulayır ki, Ukrayna mühərrikləri indiyə qədər Rusiya anbarlarında saxlanıla bilər.

Xatırladaq ki, daha əvvəl Almaniya KİV-inin yazdığına görə, Şimali Koreyada raketilərin işə salınmasında istifadə olunan komponentlər SSRİ-də istehsal edilmişdi. Və bu o deməkdir ki, onları Şimali Koreyaya Rusiya və ya başqa post-sovet ölkələrindən aparıblar.






Fikirlər