Atatürkə “mason” deyən hərbçi HƏBS OLUNDU

Atatürkə “mason” deyən hərbçi həbs olundu 

Türkiyədə sosial media hesablarındakı paylaşımlarında Mustafa Kamal Atatürkü “mason” adlandıran hərbçi Ərdal Qaya həbs edilib.

Axar.az xəbər verir ki, baş verən hadisələr fonunda Türkiyədə “Atatürkü qoruma qanunu” yenidən gündəmə gəlib.
Həbs edilən Ərdal Qaya 16 dekabr 2016 tarixində Atatürkün bir dostu ilə çəkdirdiyi şəkli paylaşaraq, “Mustafa Kamalın əlinə diqqət yetirin” yazaraq onun mason olduğuna işarə edib. Ərdal Qaya 16 aprel 2017 tarixində paylaşdığı digər bir fotoda Atatürkün bir ziyafətdə çəkilmiş rəsmini ilə bağlı “mən təəccüblənmədən, siz təəccüblənəcəksiniz” yazıb. Həmin fotoda türkiyəli hərbçi Atatürkün türk qadınlarını İran şahına təqdim etdiyini bildirib.
Faktla bağlı prokurorluq orqanlarında “Atatürkün xatirəsinə aşkar şəkildə təhqir” maddəsi ilə cinayət işi açılıb. “Mason” ifadəsinin təhqir kimi qarşılanması Türkiyədə fəaliyyət göstərən masonların narazılığına səbəb olub.






Fikirlər