Türkiyədə yuxarı dairələrdə istefalar BAŞLADI
Bu gün Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək prezident Rəcəb Tayyib Ərdoğanla gördüşdükdən sonra Tvitter hesabından açıqlama yayıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Gökçək 28 oktyabrda vəzifəsindən istefa verəcəyini bildirib. O, həmin gün bələdiyyədə iclas keçiriləcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb. Qeyd edək ki, M.Gökçək 23 ildir vəzifədə idi. Bir neçə gün öncə Ərdoğan onu, həmçinin Bursa və Balıkesir bələdiyyə sədrlərini istefaya çağırmışdı. Bu gün Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə gözlənilən açıqlamanı verərək vəzifəsindən ayrılıb.