Tramp silah satışını asanlaşdırır: 907-ci DÜZƏLİŞ ləğv edilir?

Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Trampın bununla ölkədə yeni iş yerləri açmağı planlaşdırdığını bildirib:

Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən 907-ci düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub.






Fikirlər