Ağa Məhəmməd şah QACARın Ağsu qalasına HÜCUMU...
Ağa Məhəmməd şah Qacar Ağsu qalasını çox çətinliklə ələ keçirir. Toplar qala divarını dağıdır, Mustafa xan şəhəri tərk edir. Şəhər müdafiəçilərinin qəhrəmancasına müqaviməti, ölüncəyə qədər döyüşməsi Ağa Məhəmməd şah Qacarı nədənsə şəhərin qarət olunması sərəncamı verməsinə vadar etmədi. Sərkərdələrinin israrına baxmayaraq şəhərin əhalisinə toxunmadı və şəhəri qarət etmədi. Amma naib Sadıq xan Nəhavəndi və iki xəlvət fərraşı şəhərin varlılarından birinin evinə getmiş, beş min tümən və zinət əşyaları almışdı. Həmin adam qarabaqara Şuşaya gəlmiş və şikayətini Ağa Məhəmməd şah Qacara çatdıra bilmişdi. Ağa Məhəmməd şah Qacar bu hadisənin baş verməsinə əsəbiləşmiş, o beş min tüməni tapdırıb ağsulu varlı kişiyə qaytarıbmış. Söhbət zamanı səhər bu hadisənin iştirakçılarını əmlakları müsadirə edilməklə edam etdirəcəyini də vurğulamışdı. Amma qismət olmamış, gecəykən həmin naib və xəlvət fərraşları şahın özünə sui-qəsd etmiş, şahı qətlə yetirmişdilər. ( AZpress.AZ)