Türk GENERALdan Afrin açıqlaması: Rusiya MANE OLSA...

Türkiyə rəsmi Dəməşqlə iş birliyi qurmalıdır.

Axar.az xəbər verir ki, bunu “Ulusal kanal”da çıxışı zamanı Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ söyləyib.

Afrin məsələsini doğru anlamaq lazımdır. Afrin dağlarında PKK-çılar var. Onlar da buradan Amanos və Hataya keçə bilirlər. Bu bölgə PKK-nın bazasıdır. Afrin əməliyyatı terrorçuların Türkiyəyə keçidini dayandıracaq. Kürd dəhlizinin qarşısı alınacaq. Türkiyə bu hücumu gerçəkləşdirməkdə maraqlıdır. Rusiya buna mane olub, hava məkanını türk təyyarələri üçün açmasa belə, Türkiyə buraya girəcək. Bu əməliyyatın rəhbəri general Mətin Təməl Paşa isə bir zaman mənim yanımda çalışan çox peşəkar hərbçidir.

Biz Suriya ilə iş birliyinə məcburuq. Türkiyənin sərhədləri boyunca Dəməşqin əsgərləri olmalıdır. Sehirli cümlə isə Əsədlə anlaşmaqdır. Suriyanın problemlərini Azad Suriya Ordusu ilə yox, qanuni hökumətlə hərəkət edərək həll edə bilərsiniz”, - deyə o bildirib.






Fikirlər