“Dərin dövlət” Hər Şeyi ÜZƏ ÇIXARTDI

Türkiyə-ABŞ müharibəsi BAŞLADI - “Dərin dövlət” HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI

Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında müharibənin başladığını deyib.

Publika.az xəbər verir ki, D.Perinçek qələmə aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki gediş-gəlişlərdir”, deyə yazıb.
Kimlərsə bu müharibədə Türkiyənin məğlub olmasını istəyir. Lakin bu müharibə Türkiyənin gələcəyini müəyyən edəcək. Müstəqillik, bütövlük, sülh, iqtisadi inkişaf, qonşu ölkələrlə sülh, hüquq dövləti, demokratiya, azadlıq, Türkiyənin dünyadakı yeri, gələcəyimiz bu müharibənin nəticəsinə bağlıdır”, - deyə o bildirib.
D.Perinçek qeyd edib ki, bu günü cəbhələr artıq qurulub:Bir tərəfdə Türkiyə var, digər tərəfdə ABŞ, İsrail və onların piyonları. Müharibə olduğu üçün Türkiyə cəbhəsinin əsas gücü Türk Silahlı Qüvvələridir. Ordumuzun dəyərli generallarının vurulmasını kim alqışlayıb, kim alqışlayacaq, bunun hesabını verməlidir. İstiqlal savaşında da eyni şeylər olub. İngilislər müharibənin ortasında bir çox vətənsevəri Maltaya sürgün etdi. Müharibələri daxili cəbhədə qarışıqlı yaradaraq qazanmaq olmaz. Bugünkü İstiqlal savaşını qazanmaq üçün daxili cəbhəni birləşdirməliyik






Fikirlər