Sarkisyanın tezisi çökür: Nazarbayevin başlatdığı Qarabağ planı və İRƏVANIN QORXUSU

Sarkisyanın tezisi çökür: Nazarbayevin başlatdığı Qarabağ planı və İRƏVANIN QORXUSU

Fevralın 26-da Rusiya Belarusdan süd məhsulunun idxalını qadağan etdi. Baxmayaraq ki, Rusiyaya süd çatdırılmasının çox hissəsi məhz Belarusun payına düşür.

“Rosselxoznadzor” bu addımı baytarlıq-sanitar tələblərinin pozulmasının dəfələrlə təkrarlanması ilə izah edib.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ-si” adlandırılan Avrasiya İqtisadi İttifaqı daxilində baş verən bu hadisə Ermənistanda ciddi təlaş yaradıb.

Ermənistanın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Ovannes İqityanın sözlərinə görə, bu hadisə, eləcə də, Rusiyanın Belarusa vaxtaşırı tətbiq etdiyi iqtisadi sanksiyalar sübut edir ki, Avrasiya İqtisadi İttifaqı heç vaxt təmiz iqtisadi struktur olmayacaq:

“Bu, siyasi strukturdur. Avropa İttifaqında hər şey aydındır: ölkələr arasında heç bir gömrük məntəqəsi və gömrük yoxlamaları yoxdur. Ümumi standartlar mövcuddur və insanlar sakitcə işləyirlər. Əgər bu standartlara uyğundursa, deməli, hər şey qaydasındadır. Amma Avrasiya İqtisadi İttifaqı Rusiyanın siyasi hədəfləri üçün yaradılıb. Rusiya bir tərəfdən iddia edir ki, bu, iqtisadi ittifaqdır, amma digər tərəfdən yalnız Belarus üçün deyil, həm də Ermənistan və ittifaqın digər üzvləri üçün müxtəlif siyasi maneələr yaradır”.

Qeyd edək ki, uzun müddətdir Avropa İttifaqı ilə assosiativ saziş üzrə danışıqlar aparan İrəvan 2013-cü ilin sentyabrında gözlənilmədən əks gediş etdi. Prezident Serj Sarkisyan Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonar Avrasiya İqtisadi İttifaqına üzv olmaq niyyətini açıqladı. Erməni rəhbərliyi bu addımını “Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcəkdi” fikri ilə əsaslandı. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdi və ölkəsi böyük miqdarda silah satdı.

Avrasiya İqtisadi İttifaqının üzvü olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanında yer alması və Azərbaycanın Belarusla dost münasibətləri, 2016-cı ilin aprelində “dördgünlük müharibədə” Moskvanın davranışları İrəvanın tezisini puç etdi.

İqityanın sözlərinə görə, ittifaqa daxil olan hər ölkənin öz hədəfi var. O hesab edir ki, Qırğızıstan Rusiyaya böyük miqdarda borcun mövcudluğuna görə ittifaqa girib. Ekspert Ermənistanın isə təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsin əsas gətirərək ittifaqa daxil olduğunu vurğulayıb.

“Yəni, bu, hansısa situativ təşkilatdır. Vaxt ötdükcə mövcud olan problemlər artmağa başlayacaqsa və ittifaqın üzvləri heç bir xeyir götürməyəcəksə, aydındır ki, o dağılacaq və öz mövcudluğunu dayandıracaq”, - Ovannes İqityan yekunlaşdırıb.






Fikirlər