“İşğalçı dövlətin bayrağının yeri zibil qutusu olmalıdır, bunu da etdim”
“"TURAN” Azərbaycanlıları Konqresinin sədri, “TÜDİB” Türk Dünyası İş adamları Birliyinin Azərbaycan üzrə nümayəndəsi Rəşad Əlizadə Qazaxısatnın Şimbulak qəsəbəsində fevralın 28-də keçiriləcək xizək yarışması ərəfəsi ermənilərə ağır zərbə vurub.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, R.Əlizadə ötən il 28-ci Dünya Qış Universiadasında beynəlxalq status almış “Silver Edelweiss” xizək yarışmasında iştirak edən Ermənistan nümayəndə heyətini çıxılmaz vəziyyətə salıb. Belə ki, R.Əlizadə yarışmanın keçiriləcək ünvan qarşısında yarışda iştirak edəcək dövlətlərin bayraqları arasından Ermənistan bayrağını qopararaq zibil qutusuna atıb.
Avrasiya.net-ə açıqlama verən R.Əlizadə bunu belə izah edib: “Heç kimdən çəkinmədən bunu insanların gözü qarşısında etdim. Xocalı soyqırımının növbəti ildönümü günündə mən ermənilərə bu hərəkətimlə zərbə vurdum. İşğalçı ölkənin bayrağını türk torpağında görəndə hislərimi cilovlaya bilmirəm. İşğalçı dövlətin bayrağının yeri zibil qutusu olmalıdır, bunu da etdim”.
Xatırladaq ki, həmin yarışda Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Fransa və Qazaxıstanın 60 idmançı iştirak edəcək.