Eldar Mahmudovun QIZI MƏHKƏMƏ qarşısında
Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib. AzerTaym.az-ın "Ölkə.Az"-a istinadən məlumatına görə, tikinti şirkəti olan "Eyfel" MMC Nigar Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin. Həmçinin mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı "Eyfel" MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb.